İraq XİN sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar bəyanat yayıb
Yusif Nəzərli
15:53 27.12.2024
Gündəm
370
İraq Respublikasının Xarici İşlər Nazirliyi (XİN) AZAL şirkətinə məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar bəyanat yayıb.
Bu barədə AZƏRTAC-a Azərbaycanın İraqdakı səfirliyindən bildirilib. Bəyanatda deyilir: “İraq Respublikasının Xarici İşlər Nazirliyi dost Azərbaycan Respublikasının Hökuməti və xalqına “Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin paytaxt Bakıdan Qroznı şəhərinə uçarkən qəzaya uğraması və nəticədə çoxsaylı qurbanların və yaralıların olması ilə əlaqədar dərin hüznlə başsağlığı verir. Bu ağrılı və faciəvi hadisə ilə əlaqədar Nazirlik İraq Respublikasının bu çətin durumda Azərbaycana dəstəyini ifadə edərək, bütün yaralılara tezliklə şəfa arzu edir, qurbanların ailələri ilə bu çətin gündə həmrəy olduğunu bir daha bəyan edir”.
Dekabrın 26-da ölkəmizin İraqdakı səfirliyinin binasının üzərindən Azərbaycan Respublikasının Dövlət Bayrağı dirəyinin yarısına qədər endirilib və saat 11:00-dan etibarən başsağlığı kitabı açılıb. Həmin gün İraq Prezidentinin nümayəndəsi, Prezident Administrasiyası rəhbərinin müavini Xalid Alvan Əş-Şəlləl, Prezidentin Protokol Xidmətinin rəisi vəzifələrini icra edən xanım Şeyma Səfa Əl-Maşita, Birgə Komissiyanın həmsədrinin nümayəndəsi, Rabitə Nazirliyinin Əlaqələr və media departamentinin rəisi Amr Əbdürrəzzaq Musab, İraq XİN-in Asiya və Avstraliya Departamentinin rəisi Hamid Əl-Cuburi, İraq DİN-in Səfirliklərin və Diplomatik Nümayəndəliklərin Mühafizəsi Baş İdarəsinin rəis müavini General Məhəmməd Ammar Məhəmməd, İraq Parlamentinin İnsan haqları komitəsinin sədri, türkmən millət vəkili Ərşad Salihi, Türkiyənin İraqdakı səfiri Anıl Bora İnan və digər diplomatik nümayəndəliklərin rəhbərləri səfirliyə gələrək başsağlığı verib və matəm kitabında ürək sözlərini yazıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya