
İrəvan da, Tehran da Azərbaycan-İsrail münasibətlərinin inkişafından məmnun deyillər - ŞƏRH
12:43 24.04.2025
Gündəm
501
Ermənistan və İran mətbuatında Netanyahunun ölkəmizə səfəri ilə bağlı "təhlillər"in aparılması da həmin təbliğatın tərkib hissəsi sayılır
Ötən gün “İsrail Hayom” nəşri Baş nazir Benyamin Netanyahunun Azərbaycana səfər edəcəyi ilə bağlı məlumat yaydı.
İnformasiyada vaxt, tarix, səbəb açıqlanmırdı, ancaq səfərin “tezliklə” baş verəcəyi iddia edilirdi. Nüfuzlu media qurumu olmasına baxmayaraq, “İsrail Hayom” nə hansısa mənbəyə əsaslanmış, nə də informasiyanı dəqiqləşdirməyə, rəsmi açıqlama almağa çalışmışdı. Əvəzində isə bu məlumatı bütün platformalarda tirajlamışdı.
Olduqca maraqlıdır: Pezeşkianın Azərbaycana səfərinə hazırlıq getdiyi, nümayəndə heyətinə 120-dən çox rəsmi şəxsin, millət vəkili və iş adamının daxil olacağı bildirilən bir vaxtda Netanyahunun Bakıya “tezliklə” gələcəyi hardan çıxdı?
Bu informasiyanın ardınca İranın bəzi şəbəkələrində, o cümlədən Ermənistan kanalları və saytlarında “təhlillər” başladı: Netanyahunun gəlişinin “səbəbləri” və əlbəttə ki, “İrana qarşı plan” qabardılırdı.
Əlbəttə, İsrail Azərbaycanın strateji tərəfdaşıdır və bu ölkə ilə təkcə dövlət səviyyəsində deyil, xalqlar arasında da yüksək etimad və xoş münasibət var. Ancaq Azərbaycan qonşuları ilə münasibəti heç bir strateji müttəfiqinə görə deyil, öz dövlət maraqlarına görə qurur. Bu baxımdan İranla son vaxtlar münasibətlərin istiləşməsi, xüsusilə azərbaycanlı olduğunu fəxrlə ifadə edən Pezeşkian hökuməti ilə əlaqələrin genişlənməsi, İran prezidentinin səfərinə xüsusi hazırlıq ölkəmizin maraqlarına tam uyğundur.
İsrail isə strateji müttəfiqi ilə düşmən saydığı İran arasında münasibətlərin yüksəlməsindən, təbii ki, narahatdır və bu səfəri diqqətlə izləyir. Buna görə də mümkün olduqca bu səfərin iki ölkənin əlaqələrini yüksək səviyyəyə qaldırmasına mane olmaq Təl-Əvivin maraqlarına uyğundur.
Bu prizmadan “Netanyahu tezliklə Azərbaycana səfər edəcək” xəbəri daha çox hibrid savaşın elementinə bənzəyir. Bu informasiya İranda bəzi qüvvələrə Azərbaycanın İsraillə strateji müttəfiq olduğunu xatırlatmalı və Pezeşkianın səfəri öncəsi İranda bəzi radikalların şimal qonşusunun ünvanına ittihamları körükləməli idi.
Erməni mediasının bu “faktı” dərhal qaparaq, silsilə “təhlillərə” girişməsi də bu məqamda təsadüfi deyil!

Politoloq Oqtay Qasımov "Sherg.az"a söyləyib ki, Benyamin Netanyahunun Azərbaycana səfəri ilə bağlı yayılan məlumatlar İsrail səfirliyi tərəfindən təkzib olunsa da, tirajlanmaqda davam edir:
Netanyahunun Azərbaycana səfərinin reallaşması ehtimalı var
"Əslində İsrail Baş nazirinin Azərbaycana səfərinin reallaşması ehtimalı var. Nəzərə almaq lazımdır ki, Netanyahu özünün Baş nazirliyi dövründə ölkəmizə səfər edib. Həmçinin iki ölkə arasındakı münasibətlər görüşlərin olmasına imkan yaradır. Pezeşkianın Azərbaycana səfəri ərəfəsində İsrail Baş naziri barədə yalan xəbərin yayılmasını qəsdən və ya hibrid savaşın əlaməti kimi hesab etmirəm. Çünki İsrail mətbuatında əsası olmayan məlumatların yayımlanması inandırıcı deyil. Əgər Netanyahu Bakıya diplomatik missiyası daha çox ikitərəfli münasibətlər, region məsələlər, o cümlədən Yaxın və Orta Şərqdəki vəziyyətə aid olacaq. Həmçinin İran-İsrail, İsrail-Türkiyə barədə müzakirələr reallaşa bilər. Azərbaycan İsrailə yaxın, strateji tərəfdaş kimi bu məsələlərdə gərginliyin aradan qaldırılmasına öz töhfəsini verəcək".
Politoloq əlavə edib ki, Ermənistan və İran mətbuatında sözügedən məsələ ilə bağlı "təhlillər" isə gözləniləndir:
"Həm Ermənistanda, həm də İranın hakim dairələrində Azərbaycan-İsrail münasibətlərinin inkişafı çox da məmnunluqla qarşılanmır. Bu "təhlillər"in aparılması həmin təbliğatın tərkib hissəsi sayılır. Netanyahunun ölkəmizə səfərində İranla olan münasibətlər də müzakirə olunsa da, onların iddia etdiyi kimi Azərbaycandan İrana qarşı hər hansı plan üçün istifadə etmək mümkün olmayacaq. Çünki Azərbaycan 15-20 il öncə belə hətta ABŞ-dən gələn təzyiqlərə də müqavimət göstərərək öz mövqeyini ortaya qoyub. Ümumiyyətlə İran və Ermənistan mətbuatının saxta, öz maraqlarına uyğun etdiyi təhlillər sadəcə Pezeşkianın səfəri ərəfəsində münasibətləri soyunmaq üçün atılan addımlardır".
Oxşar xəbərlər
Mexiko meri: WUF13 bəşəriyyətin şəhər gələcəyini birlikdə qurmaq üçün strateji məkandır
12:37 17.05.2026
Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb - YENİLƏNİB
12:18 17.05.2026
Xəbər lenti
Hamısına bax
Xabi Alonso “Çelsi”nin yeni baş məşqçisi təyin olundu
12:41 17.05.2026
Futbol
Kir Starmer istefa verəcəyini açıqlayacaq
12:39 17.05.2026
Dünya
Sağlam ürək üçün 8 ƏSAS TƏDBİR
12:35 17.05.2026
Sağlamlıq
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
12:29 17.05.2026
Hadisə
Mixail Zabelin vətəndaşların problemləri ilə maraqlanıb
12:04 17.05.2026
Aktual
Arı zəhəri süd vəzi xərçəngini məhv edir - Yeni elmi iddia
11:47 17.05.2026
Sağlamlıq
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
11:30 17.05.2026
Gündəm
Türk xalqları bu gün yenidən öz tarixi missiyasına qayıdır - ŞƏRH
10:57 17.05.2026
Gündəm
Tam 27 ton: Yeni dinozavr növü aşkar edilib
10:55 17.05.2026
Tarix
İrandan Hörmüz boğazı ilə bağlı yeni mexanizm
10:49 17.05.2026
Dünya
Qorxulu icad - Düşüncələri mətnə çevirəm papaq
10:35 17.05.2026
Sağlamlıq
Artıq uşaqlara DÜZ OTUR deməyəcəksiniz
10:27 17.05.2026
Sağlamlıq
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
10:15 17.05.2026
Gündəm
Zimbabvenin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
10:05 17.05.2026
Gündəm