İrəvan hakimiyyətinə güvənmək olmaz - SÜLH AXTARIŞINDA
Yusif Nəzərli
22:21 09.07.2025
Gündəm
442
Paşinyan təzyiqlər altındadır, sülh prosesini kənar güclər yönəldir
Professor Qərbin oyun planını ifşa etdi, regionda münaqişə potensialı saxlanılır
Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. Liderlərin sülh sazişinin imzalanması ilə bağlı açıq qalan məsələləri müzakirə edəcəyi deyilir.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri Ermənistanın ən böyük investoruna çevrilib, Əbu-Dabi Rusiyanı geridə qoyub, Azərbaycanda da iqtisadi maraqları mövcuddur. Ekspertlərə görə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, Cənubi Qafqazda sülh və əməkdaşlıq Birləşmiş Ərəb Əmirliklərinin həyati maraqları içərisindədir. Görünür, Birləşmiş Ərəb Əmirlikləri sülh quruculuğunda qonşularından geri qalmaq istəmir. Xatırladaq ki, ABŞ Talibanla razılaşmanı Qətərdə əldə etmişdi, amerikalı diplomatlar iranlı həmkarları ilə danışıqları Omanda aparırdılar. Birləşmiş Ərəb Əmirlikləri də özünü Cənubi Qafqazda sülh quruculuğunda sınamaq istəyir.
Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında bir neçə görüş baş tutub, müəyyən fikir mübadiləsi aparılıb. Professor vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması böyük bir coğrafiyada vacib bir proses kimi nəzərdən keçirilir:
"Çünki burada qlobal dairələrin də maraqları var. Cənubi Qafqaz strateji əhəmiyyətli bölgədir. Regionda çox əhəmiyyətli kommunikasiya xəttləri keçir. O baxımdan Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında görüş diqqət mərkəzindədir. Sülh sazişinin bağlanması perspektivinə gəldikdə isə bu prosesə ciddi təsir edən amillər var. Bunun özü də geosiyasi mübarizə predmetini təşkil edir. Amma Azərbaycanın müstəqil siyasəti, formalaşdırdığı güc mövqeyi prosesi tədricən irəliyə aparır. İki mühüm tələbimiz istisna olmaqla, sülh sazişində bütün bəndlərin razılaşdırılması, Azərbaycanın mövqelərinin qəbul olunması onun göstəricisidir ki, Azərbaycan siyasi və diplomatik təmkin nümayiş etdirərək öz haqlı maraqlarını inamla qorumaqdadır. Azərbaycan sülh prosesində aydın mövqeyə malikdir. Davamlı sülhün imzalanmasının təşəbbüskarı və tərəfdarıyıq. Bu istiqamətdə iradə nümayiş etdirən tərəfik. Ermənistanda vəziyyət fərqlidir. Paşinyan üzərində kənar dairələrin çox ciddi təzyiqləri mövcuddur. Bu da Paşinyana müstəqil davranmağa imkan vermir. Etiraf edək ki, regiondan kənarda yerləşən dairələr Paşinyan vasitəsilə Azərbaycan-Ermənistan arasındakı münasibətlərin normallaşması prosesini idarə etməyə çalışır. Belə cəhdlər də onların öz maraqlarına uyğun həyata keçirilir. Bu da proseslərə mənfi təsir göstərir".
E.Mirbəşiroğlu əlavə edib ki, Ermənistanda 2026-cı ildə növbəti parlament seçkiləri keçiriləcək:
"Bu, Paşinyanın siyasi karyerasının sonu ola bilər. Hesab edirəm ki, bu istiqamətdə ehtimallar kifayət qədər güclüdür. Müxalifət artıq bu prosesə başlayıb. Kilsə başda olmaqla Paşinyana qarşı siyasi kəsim aktiv fəaliyyətə keçib. Xüsusən, keçmiş sələflər çox ciddi şəkildə təşkilatlanmaqdadırlar. Düşünürəm ki, Ermənistandakı seçki ərəfəsində çox ciddi geosiyasi mübarizə gedəcək. Ona görə də Paşinyan burada sərt manevrlər etməkdən çəkinəcək. Azərbaycanın vacib şərti olan Konstitusiya dəyişikliyinə gedilməsi indi real görünmür. Baş nazir bu məsələni imitasiya etməklə məşğuldur. Ermənistan kənar dairələrin təsiri altında gələcəkdə Azərbaycana qarşı çıxmaq imkanını saxlamaq istəyir. Regionun idarə olunması üçün bölgədə münaqişə potensialının qalması kənar dairələr üçün çox vacibdir. O baxımdan İrəvan hökumətinə çox güvənməməliyik. Ermənistan hökumətinin addımlarının konkret nədən ibarət olacağı hazırda həmin ölkədə gedən gərgin proseslərdən çox asılıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm