İrəvan sülh danışıqlarında gözləmə mövqeyinə keçib - ŞƏRH
Yusif Nəzərli
05:55 05.12.2024
Gündəm
578
Hərbi təxribatlara əl atarsa, bu, Ermənistanın yeni ərazilər itirməsinə gətirib çıxara bilər
Cənubi Qafqazda nüfuz uğurunda mübarizə həlledici mərhələyə keçib.
Bu barədə “Şərq”ə açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə məlumat verib.
M.Əsədullazadə deyib ki, Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlarda gözləmə mövqeyinə keçib:
“Həmçinin sərhəddə tunellər və mühəndis istehkam işləri aparır. Gürcüstanda etiraz aksiyaları və Qərbin burada hökuməti devirmək planı Nikol Paşinyanın Azərbaycanla sülh danışıqlarında belə bir mövqe tutmasına səbəb ola bilər. Avropa İttifaqı, xüsusilə Fransa aktiv şəkildə Prezident Salome Zurabişvilinin vasitəsilə Gürcüstanda etiraz aksiyalarını idarə edir. Əgər inqilab olub Qərbyönümlü siyasi qüvvələr hakimiyyətə gələrsə, Ermənistan hökuməti sülhdən imtina edə bilər.
Məhz Ermənistanın silahlanmasını bu kontekstdə dəyərləndirmək olar. Çünki Fransa Gürcüstan vasitəsilə Ermənistana tam həcmdə silahlar göndərəcək və Azərbaycana təzyiqlər etmək üçün N.Paşinyanı müharibəyə sövq etməsi istisna deyil. Təbii ki, N.Paşinyan siyasi iradə ortaya qoyarsa, Ermənistanı eskalasiyadan kənar tuta və Azərbaycanla sülh müqaviləsinə gedərsə, Fransanın regional siyasətinə zərbə vurması mümkündür. Burada qazanan tərəf Ermənistan ola bilər. Azərbaycanla sülh müqaviləsi bağlanması bu ölkənin Türkiyə ilə normallaşma prosesinə səbəb olacaq. Nəticədə Ermənistanın regional inteqrasiyaya cəlb olunmaqla, normal bir ölkəyə çevrilməsi mümkündür. Məhz N.Paşinyan hazırkı Ermənistanı normal bir ölkə kimi qəbul etmədiyini və real bir yeni Ermənistan yaratmaq planını daima vurğulayır. Ermənistan hərbi təxribatlara əl atarsa, bu, Ermənistanın yeni ərazilər itirməsinə gətirib çıxara bilər”.
Siyasi ekspertin sözlərinə görə, Cənubi Qafqazda siyasi-hərbi vəziyyət gərgindir və nüfuz uğrunda mübarizə həlledici mərhələyə keçib: “Gürcüstan hökumətinin məntiqsiz qərarları etiraz aksiyalarının başlanmasına katalizator rolunu oynadı. Kiçik və əraziləri işğal altında, heç bir müttəfiqi olmayan Gürcüstan hökumətinin regional güc kimi mövqe ortaya qoyması Tbilisini qarışdırır və özlərinin devrilməsi ilə nəticələnə bilən proses başladı. Qeyd edim ki, Cənubi Qafqazda yeganə güc Azərbaycandır. Qərb də rəsmi Bakı ilə hesablaşır. Gürcüstan hökuməti Azərbaycan hakimiyyətinin apardığı siyasət kimi siyasət aparmaq gücündə deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət