
İrəvanın mərkəzində “Qarabağ” mahnısı səsləndi - AKTUAL
Yusif Nəzərli
08:36 01.02.2025
Gündəm
543
Adi mahnıdan qıcıqlanan bu toplum Azərbaycanla heç vaxt səmimi şəkildə sülh içərisində yaşamağa meyl göstərməyəcək
Sosial şəbəkələrdə İrəvanın mərkəzində “Qarabağ” mahnısının ifa edilməsini əks etdirən videonun yayılması Ermənistanda müzakirələrə və panikaya səbəb olub. Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayaraq bildirib ki, İrəvanın mərkəzində, Respublika meydanında “Qarabağ” mahnısını ifa edən şəxslər İran vətəndaşlarıdır. Onların Güney Azərbaycandan olan soydaşlarımız olduğu bəlli olub.
Məlumata görə, onlar Milad Qəhrəmaniəfşar, Behzad Qafari Şabanlou, Mehdi Məhəmmədi, Həmid Əziz Maliki və Nadir Qafari adlı şəxslərdir. Qeyd edilib ki, sözügedən İran vətəndaşları 2024-cü ilin 30 dekabrından 2025-ci ilin 3 yanvarına qədər İrəvanda olublar. Politoloq Qagik Hambaryan deyib ki, materialın köhnə və ya təzə olması bir o qədər də önəmli deyil. Fakt isə odur ki, material yenidir və bunun sübutu Respublika meydanının bəzəyidir: "Konkret olaraq isə meydanda yerləşdirilmiş ulduzlardır. Hökumət binasının keçən il sökülən saat qülləsi dekorasiyalar arasında olmayıb və bu il quraşdırılıb... Yəni video yenidir". Hambaryan Azərbaycan kəşfiyyatının İrəvanda işlədiyinə də əmin olduğunu iddia edib: "Güman edirəm ki, bütün bunların təşkilatçıları Azərbaycan xüsusi xidmət orqanlarıdır ki, onlar ilk növbədə ermənilərə Ermənistanda istədiklərini, istədikləri yerdə, istədikləri zaman edə biləcəklərini, Ermənistanın ağaları və hökmdarları olduqlarını göstərdilər. Onlar Respublika meydanında Azərbaycan dilində “Qarabağ” mahnısını oxuya bilirlər... İkincisi, bütün bunların təşkilatçıları daha bir faktı təsdiqlədilər ki, İrandan bəzi Azərbaycan vətəndaşları Ermənistana gəlib. Ermənistanda Azərbaycan agent şəbəkəsinin nümayəndələri var və onlar Bakının göstərişi ilə hər şeyə hazırdırlar".

Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, qeyd edilən hadisə erməni toplumunun mahiyyətini ortaya qoyur. Ekspertin sözlərinə görə, bu hadisə ermənilərin türk irqinə qarşı dözümsüzlüyünü göstərir:
"Adi mahnıdan qıcıqlanan bu toplum böyük ehtimalla Azərbaycanla heç vaxt səmimi şəkildə sülh içərisində yaşamağa meyl göstərməyəcək. İndi məcbur olduqları üçün sülh ritorikası edirlər. Amma bu hadisə də göstərir ki, onların sülh istəkləri məcburiyyətdəndir, səmimi deyil. Erməni toplumu çox kinli toplumdur. Məlum qondarma "erməni soyqırımı" məsələsi göz önündədir. Eyni zamanda uydurduqları yalanlara inanan toplumdur. Əslində, ermənilərlə sülh Azərbaycana lazım deyil. Göründüyü kimi, erməni toplumu da buna hazır deyil. Hesab edirəm ki, qeyri-səmimi sülh olmaqdansa, olmasa yaxşıdır. Bəlkə, illər sonra şərait erməni toplumunun fikirlərində dəyişiklik edə bildi. Onda sülh bağlamaq üçün imkanlar yarandı".
Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan sülh təklifini elan edən tərəf olmamalıdır:
"Bu təklif Ermənistandan gəlməyincə Azərbaycan sülhdən danışmamalıdır. Ermənistan daima təhlükə içərisində yaşamalıdır. Bu zaman Ermənistan məcbur şəkildə öz təhlükəsizliyini təmin etmək üçün yollar axtaracaq, necə ki axtarır. Bu da düşmən gücləri qarşı-qarşıya gətirəcək. Hesab edirəm ki, bundan Azərbaycan udacaq. Ermənistansız bizim itirəcəyimiz heç nə yoxdur, amma düşmənlərimizin itirəcəyi çox şeyi var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya
Saakaşvili: Yeni plan qurulub, Gürcüstanda fəlakət qopacaq
15:24 23.07.2026
Gündəm
Azərbaycan və Çin Xəzərdə külək enerjisi layihəsini müzakirə edib
15:08 23.07.2026
Aktual
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
14:57 23.07.2026
Mədəniyyət
Səhhəti pisləşən Ermənistan Prezidentinin son durumu açıqlandı
14:42 23.07.2026
Region