
İsrail hədəflərinə nail olmayıb, gərginlik yaxın gələcəkdə yenidən alovlanacaq - ŞƏRH
Yusif Nəzərli
09:21 27.06.2025
Gündəm
334
"İsrail ilə İran arasında 12 gün davam edən gərginlik müharibə kimi qiymətləndirilsə də, klassik anlamda total savaş deyildi. Tərəflər aviasiya və raket hücumları həyata keçirdi və ciddi itkilər oldu".

Bunu "Sherg.az"a açıqlamasında politoloq Turan Rzayev deyib.
Ekspert bildirib ki, quru əməliyyatlarının olmaması, həmçinin hava və dənizdən desant hücumlarının baş verməməsi bu qarşıdurmanın xarakterini dəyişdi:
"Bu, daha çox yüksək texnologiyalı və informasiya müharibəsinə yaxın bir toqquşma idi. ABŞ-nin vasitəçiliyi ilə əldə edilən atəşkəs tam şəkildə icra olunmasa da, müvəqqəti sülh vəziyyəti yarandı. Buna baxmayaraq, hər iki tərəf özünü qalib elan etdi. İsrail Baş naziri Benyamin Netanyahu xalqa videomüraciətində İsrailin İran üzərində “tarixi qələbə” qazandığını bəyan etdi. Onun sözlərinə görə, İsrail iki əsas təhlükəni aradan qaldırıb: İranın nüvə proqramını dondurmaq və 20 min ballistik raket təhlükəsini neytrallaşdırmaq.
Netanyahu vurğuladı ki, İranın nüvə silahı olmayacaq və bu istiqamətdə istənilən cəhdin qarşısı qətiyyətlə alınacaq. Digər tərəfdən, iranlılar da Tehranda toplaşaraq “qalibiyyət bayramı” keçirdilər və müqaviməti dəstəklədiklərini, xarici təhdidlərə qarşı dayanacaqlarını bəyan etdilər. Hər iki tərəfin “qalibik” iddiaları daha çox informasiya və daxili siyasət meydanında atılan addımdır. Reallıq ondan ibarətdir ki, İsrail İranı tam susdura bilmədi, İran isə istədiyi strateji nəticəni əldə edə bilmədi. Qarşılıqlı zərbələr vuruldu, strateji obyektlər zədələndi, itkilər oldu və hər iki tərəf daha böyük müharibədən qaçaraq atəşkəsə razılaşdı".
Analitik qeyd edib ki, bu hadisə göstərdi ki, müasir müharibələrdə tərəflərin bir-birinə üstün gəlməsi klassik mənada asan deyil:
"Texnoloji və informasiya müharibəsi bir-birinə qarışır və qalibiyyət təəssüratı yaratmaqla kifayətlənilir. Həqiqətdə isə ortada tam qalib yoxdur, sadəcə, hər iki tərəfin yarımçıq uğurları və dərinləşmiş düşmənçilik mövcuddur. Faktiki olaraq, əldə olunan atəşkəs qəti sülh deyil, müvəqqəti sakitlikdir. Xüsusilə qeyd etmək lazımdır ki, İsrail hədəflərinə tam nail olmayıb. Gərginlik yaxın gələcəkdə yenidən alovlana bilər. İsrailin əsas məqsədi sadəcə nüvə obyektlərini zərərsizləşdirmək deyil, İran rejiminin dəyişdirilməsi və ölkənin parçalanmasıdır. Bu isə hərbi əməliyyatlarla həyata keçməsi mümkün olmayan, uzunmüddətli strateji hədəfdir.
İsrail üçün İran təkcə nüvə proqramı deyil, həm də regiondakı siyasi və hərbi təsiridir. Buna görə münaqişənin hərbi fazası qədər siyasi və təhlükəsizlik aspektləri də böyük önəm daşıyır. İndiyədək İsrail bu hədəfə tam çata bilməyib. İran rejimi mövcudluğunu qoruyur, nüvə proqramı tam dayandırılmayıb və ölkədə siyasi sabitlik pozulmayıb".
T.Rzayevə görə, bütün bunlar onu göstərir ki, bölgədə vəziyyət mürəkkəb və qeyri-sabit olaraq qalacaq:
"Atəşkəs müvəqqəti sakitliyi təmin etsə də, əsas problemlər həllini tapmayıb. İranın mövcud hakimiyyəti və nüvə proqramı davam etdiyi müddətdə İsrail üçün təhlükə aradan qalxmayacaq. Nəticədə gərginlik yenidən baş qaldıra, daha genişmiqyaslı formada davam edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm