Trampa hörmət edirəm, amma İsrailin öz qanunları var.
APA xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq Dünya İqtisadi Forumunda Baş nazir Benyamin Netanyahunun korrupsiya ittihamları ilə bağlı əfv olunması ehtimalı barədə danışarkən deyib.
“Hazırda Prezident Trampın təklifi barədə Ədliyyə Nazirliyində aidiyyəti üzrə rəylər toplanır. Mən bunu poza bilmərəm, çünki mən qaydalara uyğun hərəkət etməliyəm. Mən prezident Trampa dərin hörmət bəsləyirəm. Əlbəttə ki, bizim öz qanun sistemimiz var və bu çərçivədə hərəkət edəcəyəm”, - İsrail Prezidenti qeyd edib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İsxak Hersoqdan Netanyahunun əfv edilməsini xahiş edib.