İsrail Trampdan narahatdır: Netanyahu görüşü irəli çəkdi

İsrail Baş naziri Netanyahu, ABŞ Prezidenti Tramp ilə Ağ Evdə planlaşdırdığı görüşü bir həftə qabağa çəkib.

Sherg.az xəbər verir ki, məqsəd, ABŞ-İran danışıqlarının gedişinə təsir etmək və İranın ballistik raket proqramı ilə regional dəstəyini danışıqlara daxil etməkdir.

İsrail mətbuatı bildirir ki, Tramp idarəsinin İran siyasətində ciddi qeyri-müəyyənlik var. Netanyahu həmçinin Qəzza zolağında Hamasın silahsızlandırılmasını və İsrailin təhlükəsizlik maraqlarının qorunmasını prioritet mövzu kimi irəli sürəcək.