İstanbul Ticarət Universitetinin ev sahibliyində Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyi, Özbəkistan Ali Təhsil, Elm və Yenilik Nazirliyi, Özbəkistan Ailə və Qadın Komitəsi, Özbəkistan Qadın Haqları Dərnəyi və Türkiyə Qadın və Demokrtiya Vakfı (KADEM) işbirliyi ilə “Ailənin Gücləndirilməsi Beynəlxalq Konfransı” keçirilib.
Sherg.az xəbər verir ki, Konfransı giriş sözü ilə açan Universitetin rektoru professor Nəcib Şimşək konfrans iştirakçılarını həm Türkiyə Türkcəsində, həm Özbəkcə salamlayaraq, iki gün davam edəcək konfransda ailəni psixoloji, sosial, təhsil və mədəni tərəflərini müxtəlif elm sahələrinin alimləri, bilim insanları ilə müzakirə edəcəklərini, ortaq tarixi və mədəni bağlardan bəslənən bu bilimsəl görüşün ailə ilə bağlı problemlərin həllində qarşılaşdırmalı və zənginləşdirici perspektivlər təqdim edəcəyinə inandığını vurğulayıb.
O, həmçinin bildirdi ki, beynəlxalq akademik əməkdaşlıqlar sadəcə bilgi paylaşımı deyil, eyni zamanda ortaq dəyərlər ətrafında düşünməyi, problemləri birgə həll etməyi və qalıcı bağlar qurmağı da mümkünləşdirir. Professor Nəcib Şimşək qeyd etdi ki, universitetlər olaraq əsas məsuliyyətimiz toplumu elmi bilgilərlə təmin etmək, sosial problemlərlə bağlı həsas araşdırmalar aparmaq, insan mərkəzli çözümləri inkişaf etdirməkdir.
İki gün həm universitetin konfrans zallarında, həm də onlayn olaraq davam edən konfransda 24 panel düzənləndi, ailə içi şiddətlə mücadilə, erkən yaşda evlilik və mənfi nəticələri, ailənin dəstəklənməsinə yönəlik dövlət siyasəti, tələbələrin ailə həyatına hazırlanması, qadınların dövlət idarəçiliyində olmasının ailənin güclənməsinə təsiri, süni intellekt çağında ailə, türk seriallarında ailə qurumunun kodları və Tükiyədə ailənin dəyişimi və digər mövzularda 81 məruzə dinlənilib.
İstanbul Ticarət Universiteti İdarə Heyəti başqanı İsrafil Kuralay çıxışında vurğuladı ki, iki gün davam edən konfransın həm insanlıq, həm ailələrimiz üçün xeyirli nəticələr çıxarmasını arzu edir:
" İnsan kainatla bir bütündür, yaradılmışların ən şərəflisidir, ona görə də insandan başqa bütün yaradılmışlar həyata, təbiətə və kaianata müdaxilə edə bilməz. Yaşadığımız çağın gedişatına baxdığımzda istər maddiyyatın, istər texnologiyanın həyatımıza çox böyük təsir göstərdiyini və bizi daha çöx yönləndirdiyini görürürk. Texnologiyanın inkişafını kiçiltmək istəmirəm, amma bunun bəzi sıxıntılarını ən çox yaşayan da insandir, ailədir. İnanıram ki, bilimsəl ortaq çalışmalar, Universitetlər arası əməkdaşlıqlar bu problemlərin çözülməsində aparıcı rol oynayacaq. Biz də Ticarət Universiteti olaraq əlimizdən gələni etməyə hazırıq”.
Konfransda çıxış edən Türkiyə Qadın və Demokrtiya Vakfı (KADEM) İdarə Heyəti başqanı Süməyya Ərdoğan Bayraqdar bildirdi ki, ailə sadəcə sosial siyasətin bir başlığı deyildir, ailə cəmiyyətin sabitliyidir, nəsilləri bir birinə bağlayan ən təməl bağdır, dəyərlərin qorunduğu və daşındığı, kimliyi şəkilləndiyi, həmrəyliyin öyrənildiyi yerdir:
" Həyatın bu qədər mərkəzində duran bir quruluşu gücləndirmək də ancaq ortaq ağılla, fənlər arası perspektivlə və güclü bir institusional həmrəyliklə mümkün ola bilir. Ümid edirəm ki, bu təmaslar və əməkdaşlıq önümüzdəki dönəmdə də daha güclü və qalıcı iş birliyinin başlanğıcı olacaq. On üç ildir qadın haqları sahəsində fəaliyyət göstərən qadın dərnəyi olaraq düşünürük ki, qadının güclənməsi ilə ailənin güclənməsi bir-birini tamalayan mərhələdir, bunun üçün də qadınnın fiziki, psixoloji və iqtisadi olaraq güvəndə olmadığı bir quruluşun sağlam bir ailə yetişdirməsi mümkün deyildir. Biz də qadın dərnəyi olaraq bu istiqamətdə müxtəlif layihələr həyata keçirir və ailə qurumunun güçləndirilməsində qadının rolunu önəmsəyirik".
Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdəmir bildirdi ki, Türk Dövlətləri Təşkilatının nəzdində ilk dəfə Türkiyə olaraq sosial siyasətlər nazirləri toplantısına ev sahibliyi etdik, bu toplantı daha sonra qardaş ölkə Azərbaycanda keçirilib:
"Önümüzdəki dönəmdə Türkiyə modelini, eyni zamanda ölkələr arasındakı gözəl insiativləri, uğurlu modelləri paydaş ölkələrlə, özəlliklə Türk Dövlətləri Təşkilatı çərçivəsindəki ölkələrlə paylaşmağa və gücləndirməyə qərarlıyıq. Bu istiqamətdə görülən bütün işləri alqışlayır və dəstəkləyirik, bunun üçün də bu konfransın təşkilatçılarına minnətdarlığımı ifadə etmək istəyirəm".
Buxara Dövlət Texniki Universitetinin rektoru Sadöqat Siddiqova belə bir önəmli konfransa ev sahibliyi etdiyi üçün İstanbul Ticarət Universitetinə təşəkkür edərək, ailə və ailə içi münasibətlərin önəmindən danışdı, bu istiqamətdə görüləcək işlərlə bağlı ortaq əməkdaşlığın vacibliyini vurğuladı və Universitetlər arası akademik iş birliyinin davamlı şəkildə gerçəkləşməsində Universitet olaraq da töhfələrini verəcəyini bildirdi.
Yaqut Misirxanlı
İstanbuldan xüsusilə “Şərq” qəzeti üçün