İstanbulda Fələstinə dəstək yürüşü keçirilir

İstanbulda yeni ilin ilk günündə Fələstini dəstəkləyən minlərlə insanın iştirak etdiyi yürüş keçirilir.

Teleqraf xəbər verir ki, yürüş “Qızıl Buynuz” körfəzində, Qalata körpüsü yaxınlığındadır. Körfəzdə türk və fələstin bayraqları ilə bəzədilmiş onlarla yaxta bağlanıb.

Mitinq “Milli İradə Platforması” tərəfindən təşkil olunub. Platformaya təxminən 400 ictimai təşkilat daxildir. Türkiyənin aparıcı futbol klubları “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”ın rəhbərləri mitinqi dəstəkləyib.

Tədbirin təşkilatçılarından biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan bildirib ki, aksiyada məqsəd Fələstin xalqı ilə həmrəyliyi nümayiş etdirməkdir:

“Təslim olmuruq, susmuruq, Fələstini unutmuruq və onun unudulmasına imkan verməyəcəyik”, - o qeyd edib.