İstiqlal savaşımızın qadın siması - Məryəm Həsənzadə
Yusif Nəzərli
23:05 29.07.2025
Gündəm
299
Qara yaylıq təkcə matəm yox, əyilməyən iradənin və susmayan qadın səsinin simvoluna çevrildi
Samir Əsədli
Azərbaycan qadını tarix boyu yalnız ailənin yox, həm də xalqın dayağı olub. Tarixin burulğanlı çağlarında kişilərlə çiyin-çiyinə, bəzən onlardan da önə çıxaraq, Vətən üçün can qoyan, sözünü deyən qadınlarımız var. Bu fədakar qadınlardan biri də Məryəm Həsənzadədir – istiqlalın qadın siması, ana qəlbi ilə millətin ruhunu döyündürən örnək bir ömür sahibi.
Bu gün istiqlalçı millət vəkili Məryəm Həsənzadənin anım günüdür. 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Müstəqillik haqqında Konstitusiya Aktına səs verənlərdən biri kimi, “DemBlok”un üzvü olan Məryəm xanım, həm də Ali Sovetin məşhur “4-cü mikrofon”unda ilk çıxış edən deputat idi.
Həmin gün 18 oktyabr 1991-ci ildə qəbul olunan Konstitusiya Aktı sadəcə hüquqi sənəd deyildi, bu, sovet əsarətinə son qoyan xalq iradəsinin, susdurulmuş bir millətin azadlıq hayqırtısının təcəssümü idi. Onlarla kişi deputatın tərəddüd içində olduğu bir məqamda Məryəm xanım ayağa qalxaraq “hə” dedi. Onun bu səsi təkcə səsvermə deyil, illərin susqunluğunu yarıb keçən istiqlal nidası idi. O, həmin 43 nəfərlik şərəfli siyahıda yer alan cəmi iki qadından biri idi. Digəri isə elm fədaisi Dilarə Əliyeva idi. Biri elm, biri ana təpəri ilə Azərbaycan tarixində iz qoydu. Amma bu iradə yalnız Məryəm xanıma məxsus deyildi. Tariximiz boyunca Azərbaycan qadını həmişə ön cəbhədə olmuşdur. Çar ordusu Gəncəyə hücum edəndə Cavad xanın xanımı silaha sarılaraq qalaya girən düşmənə qarşı döyüşmüşdü. O, sadəcə övladlarını deyil, Vətənin namusunu qorumağı üstün tutmuşdu.
Cümhuriyyət dövründəki ilk qadın müəllimlər, məktəb qurucuları, gizli cəmiyyət üzvləri bəlkə tarixdə adları az xatırlansa da, xalq yaddaşında mərdlik rəmzidirlər. Bakı küçələrində güllə səsləri eşidiləndə qorxub evə çəkilməyən, yaralılara ilk yardım göstərən qadınlar tariximizin səssiz qəhrəmanlarıdır. Məryəm xanım bu tarixi irsin çağdaş davamçısı idi. O, parlamentdə təkcə qanunlara səs verən deputat yox, xalqın vicdanını oyadan səs idi. Siyəzən rayonunun yaradılması təşəbbüsü də ona məxsus idi, çünki o, siyasətçi yox, xalq üçün yaşayan bir ana idi. Müəllimlikdən başladığı həyat yolunu parlamentdə də “öyrədən” olaraq davam etdirdi. Vətəni, azadlığı, insan haqlarını dərsliklə yox, həyat nümunəsi ilə təbliğ etdi.
Böyüklük zirvədən yox, ağrıların içindən sınmayaraq çıxanların məqamıdır. Məryəm xanımın ömür yolu da bunu sübut etdi. Qara yaylıqla gəldiyi parlament binası onun həyatında yeni bir mərhələ açdı, o yaylıq təkcə matəm yox, əyilməyən iradənin və susmayan qadın səsinin simvoluna çevrildi. Eyni zamanda Məryəm xanım bir şair idi. Onun “Səhər” adlı ilk kitabı 1969-cu ildə çap edilmişdi, 1996-cı ildə işıq üzü görən “Yaralı quşun nəğməsi” xalq, istiqlal üçün yanan bir ömrün manifesti idi, sonuncu “Söz zəmisi” kitabı da həmçinin. Onun qələmindən süzülən misralar qadın qəlbinin həm incəliyini, həm qüdrətini əks etdirirdi. “Yaralı quşun nəğməsi” təkcə şeir yox, bir xalqın içindən gələn fəryad idi. Onun şeirləri sevgiylə yanaşı mübarizə, ana qədər istiqlal nəfəsi daşıyırdı.
Bu gün bir millət olaraq ayaqda dayanırıqsa, bu, o cəsur qadınların bizə miras qoyduğu iradə sayəsindədir. Məryəm xanım o iradənin səsi, Azərbaycan qadınının mübarizə ruhunun canlı siması kimi yaddaşımıza həkk olunub. 18 oktyabr azad nəfəs aldığımız, öz ləyaqətimizi geri qazandığımız gündür. Və bu tarixin içində Məryəm Həsənzadə istiqlalın ana qəlbli qəhrəman qadını kimi əbədi yaşayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya
Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH
21:56 20.06.2026
Gündəm
"Qarabağ"ın oyununda yeddi qol vuruldu
20:57 20.06.2026
Futbol
AYB-nin Mingəçevir bölməsinin sədri vəfat edib
20:46 20.06.2026
Ədəbiyyat
Urmiya gölündə son vəziyyət: 18 dəfə artım...
20:27 20.06.2026
Region
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayır
20:14 20.06.2026
Cəmiyyət