İsveç və Azərbaycan Bakıda ikitərəfli siyasi məsləhətləşmələr keçirdi

Bu həftə İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Tobias Tyhberg Azərbaycanda səfərdə olub.

Bildirilib ki, Tobias Tyhberg Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Məmməd Talıbov, xarici işlər nazirinin müavini Fariz Rzayev, Prezidentin köməkçisi Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə səmərəli görüşlər keçirib.

Görüşlər zamanı ikitərəfli münasibətlər, Ermənistanla sülh və normallaşma prosesi, eləcə də qarşılıqlı maraq doğuran digər regional inkişaf məsələləri müzakirə olunub.

Qeyd edilib ki, səfər çərçivəsində Tobias Tyhberg həmçinin beyin mərkəzlərinin, vətəndaş cəmiyyəti institutlarının və Azərbaycanda fəaliyyət göstərən İsveç şirkətlərinin nümayəndələri ilə də faydalı fikir mübadiləsi aparıb.