İsveçin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib


İsveçin Kralı XVI Karl Qustav Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".