Kabusa çevrilmiş 5 il: İranı zəiflədən sui-qəsdlər və hücumlar
Yusif Nəzərli
23:20 23.06.2025
Gündəm
395
İran son illərdə sui-qəsdlər, hücumlar və siyasi şoklarla sarsılıb. Son olaraq ABŞ-nin birbaşa İranın nüvə infrastrukturunu hədəf alması dünyada gündəmə oturdu.
Sherg.az son 5 ildə İranın getdikcə zəifləməsinə səbəb olan hücum və sui-qəsdlərin xronologiyasını təqdim edir...
Son illərdə İran həm daxili dinamiklərində, həm də regional münasibətlərində dərin sarsıntılar yaşayıb.
Qasım Süleymaninin sui-qəsdi ilə başlayan proses Mahsa Amini etirazları, yüksək rütbəli komandirlərə qarşı hücumlar, şübhəli qəzalar və birbaşa müharibə təhdidləri ilə davam edib.
Son olaraq ABŞ və İsrailin İranın nüvə infrastrukturuna qarşı hərbi əməliyyatları Tehranın strateji balansını pozdu.
Budur son 5 ildə İranı zəiflədən hücum və sui-qəsdlərin icmalı:
3 YANVAR 2020
İran İnqilab Keşikçiləri Qüds Gücü Komandiri Qasım Süleymani ABŞ-ın hava hücumu nəticəsində öldürüldü.
Eyni hücumda İraqdakı şiə milislərinin çətir təşkilatı olan "Haşdi Şabi"nin sədr müavini Əbu Mehdi əl-Mühəndis də həyatını itirdi.
Pentaqon hücumun ABŞ Prezidenti Donald Trampın əmri ilə həyata keçirildiyini açıqladı. Tehran isə bu sui-qəsdi “açıq müharibə elanı” kimi dəyərləndirdi.
16 SENTYABR 2022
22 yaşlı Məhsa Əmini hicab qaydalarına əməl etmədiyi üçün Tehranda saxlanıldı. Polis nəzarətində zorakılığa məruz qaldığı iddia olunan Əmini qısa müddətdə komaya düşdü və vəfat etdi.
Əmininin ölümü ölkə miqyasında böyük qəzəb dalğasına səbəb oldu.
Qadınların öncüllüyü ilə başlanan etirazlar qısa zamanda rejim əleyhinə genişmiqyaslı hərəkat halını aldı.
7 OKTYABR 2023
HƏMAS İsraildə keçirilən festival zamanı hücum təşkil etdi. İsrail hökuməti hücumdan sonra “müharibə vəziyyəti” elan etdi və Qəzzaya qarşı intensiv hava bombardmanları başladı.
İsrail ordusu Qəzzanın şimalını faktiki olaraq işğal etdi. Minlərlə fələstinli mülki şəxs həyatını itirdi, infrastruktur isə ciddi şəkildə dağıldı.
1 APREL 2024
İsrail, İranın Suriyanın paytaxtı Dəməşqdəki baş konsulluğuna hava hücumu təşkil etdi.
Hücum zamanı İran İslam İnqilabı Keşikçiləri Qüds Qüvvələrinin yüksək rütbəli komandirlərindən briqada generalı Məhəmməd Rza Zahidi və yeddi İran rəsmisi həlak oldu.
19 MAY 2024
İran Prezidenti İbrahim Rəisinin helikopteri, Azərbaycan sərhədindəki rəsmi səfərdən qayıdarkən dağlıq ərazidə qəzaya uğradı.
Güclü duman səbəbindən axtarışlar saatlarla davam etdi; qəza yerinə yalnız ertəsi gün çatmaq mümkün oldu. Rəisi ilə birlikdə Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan və digər rəsmilər də həyatını itirdi.
Qəzanın səbəbi “hava şəraiti” ilə izah olunsa da, bölgədə artan təhlükəsizlik təhdidləri və hadisənin vaxtı səbəbindən hadisə “şübhəli” sayıldı.
31 İYUL 2024
HƏMAS lideri İsmayıl Haniyə, İranın yeni prezidenti Məsud Pəzəşkiyanın andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehranda sui-qəsdə məruz qaldı.
Qonaq heyətlər üçün ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq baş verən bu sui-qəsd İranın kəşfiyyat sistemində ciddi zəiflik kimi qiymətləndirildi.
17–18 SENTYABR
Livanda Hizbullah üzvlərinə məxsus rabitə cihazları eyni anda partladıldı.
Hücum nəticəsində ən azı 42 nəfər həlak oldu, minlərlə insan yaralandı.
27 SENTYABR 2024
Hizbullah lideri Həsən Nəsrullahın olduğu güman edilən yeraltı sığınacaq sığınacaq-deşici bombalarla hədəfə alındı.
Nəsrullah komandirlərlə görüşdüyü vaxt hava hücumu nəticəsində öldürüldü.
9 DEKABR 2024
Suriyada Əsəd ailəsinin hakimiyyəti müxaliflərin cəmi 12 gün içində böyük şəhərləri ələ keçirib daha sonra paytaxt Dəməşqə daxil olması ilə sona çatdı.
İranın 4 mindən çox muzdlu qüvvəsi Suriyadan çıxarıldı.
13 İYUN 2025
İsrail, İrana qarşı genişmiqyaslı hücuma başladı.
22 İYUN 2025
ABŞ, İranın uranı zənginləşdirdiyi üç nüvə obyektinə hava hücumu təşkil etdi.
B-2 bombardmançı təyyarələri ilə həyata keçirilən bu əməliyyat, dünya gündəminə mümkün nüvə fəlakəti ssenarilərini gətirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əl sıxmadan danışıqlar: ABŞ–İran dialoqunda soyuq atmosfer
02:34 22.06.2026
Gündəm
Kuba inqilabının veteranı Ramiro Valdes Menendes vəfat edib
02:22 22.06.2026
Dünya
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
01:26 22.06.2026
Dünya
Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb
00:40 22.06.2026
Dünya
Günəşdə güclü partlayış oldu
23:33 21.06.2026
Maraqlı
Yamal Мessini geridə qoydu
22:33 21.06.2026
Futbol
İrandan Trampa cavab: Ordumuz hazır vəziyyətdədir!
21:57 21.06.2026
Region
DÇ-2026-nın iştirakçısı “Qarabağ”da
21:36 21.06.2026
Futbol
Sumqayıtda kişi meyiti aşkarlandı
20:32 21.06.2026
Hadisə
Tramp Starmerin istefa verəcəyini bəyan etdi
19:41 21.06.2026
Dünya
İran millisi FIFA-dan şikayətləndi
19:07 21.06.2026
Futbol
İsrail danışıqları pozmaq üçün fürsət gözləyir - Fidan
18:50 21.06.2026
Gündəm
Bunu İsraildən alıb, Suriyaya verəcəyəm – Trampdan şok
18:10 21.06.2026
Dünya
Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib
17:54 21.06.2026
Gündəm
Artıq bitdi, Polşaya cavab verəcəyik - Sibiqa
17:13 21.06.2026
Dünya
İsrail Livandakı təhlükəsizlik zonasını tərk etməyəcəyini açıqladı
16:57 21.06.2026
Dünya