Kallas Xarici İşlər Şurasının fövqəladə iclasını çağıracağını açıqlayıb

“Bazar günü İran və Yaxın Şərqdə sürətlə inkişaf edən hadisələri müzakirə etmək üçün video bağlantı vasitəsilə Xarici İşlər Şurasının fövqəladə iclasını çağıracağam”.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas öz “X” hesabında məlumat verib.

“Körfəz ölkələrindəki tərəfdaşlarımızla əlaqə saxlamışam. İran hökumətinin qonşularına qarşı ayrı-seçkilik etməyən hücumları bölgəni daha geniş bir müharibəyə sürükləmək riskini daşıyır və biz bunu pisləyirik. Müharibənin daha da yayılmaması vacibdir. İranın seçimləri var”, - diplomat əlavə edib.