Keniyada Azərbaycanın Müstəqillik Günü münasibətilə ziyafət təşkil edildi

Keniyada 28 May - Müstəqillik Gününə həsr olunmuş ziyafət təşkil edilib.

Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" səhifəsində edilən paylaşımda deyilir.

Ziyafətdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Keniyanın Baş naziri, xarici işlər və diaspor naziri Musalia Mudavadi iştirak edib.

Tədbirə həmçinin, hökumətin və parlamentin, diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri qatılıb.

Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri ölkəmizin 1991-ci ildə bərpa olunmuş müstəqilliyinə aparan yoldan, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sabit, suveren və dinamik dövlət quruculuğundakı rolundan bəhs edib.

Keniya Azərbaycanın Afrikadakı əsas tərəfdaşı kimi yüksək qiymətləndirilib, bu ölkənin paytaxtı Nayrobi şəhərində səfirliyin açılması ikitərəfli əməkdaşlığın yeni və mühüm mərhələsi kimi səciyyələndirilib.