KİV: Xamenei Moskvaya qaçmağı planlaşdırır

İranın Ali rəhbəri Ayətullah Əli Xamenei ölkədə etirazların güc strukturları tərəfindən nəzarət altına alınmaması ehtimalına qarşı fövqəladə evakuasiya planı hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Times" nəşri kəşfiyyat hesabatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, 86 yaşlı Xamenei ordunun və təhlükəsizlik qüvvələrinin etirazçıların tərəfinə keçdiyini və ya verilən əmrləri yerinə yetirmədiyini görəcəyi təqdirdə, Tehrandan 20 nəfərlik yaxın ətrafı, köməkçiləri və ailə üzvləri ilə birlikdə çıxmağı planlaşdırır.

Məlumata görə, Xameneinin mümkün qaçış istiqaməti Moskva olacaq.

Yazıda qeyd edilib ki, sözügedən plan Suriyanın devrilmiş Prezidenti Bəşər Əsədin ölkədən çıxışı təcrübəsi əsasında hazırlanıb.