Konfransın əcnəbi iştirakçıları Xudavəng monastırında olub
Yusif Nəzərli
05:52 17.03.2025
Gündəm
436
Xəbər verdiyimiz kimi, martın 14-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Sherg.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, konfransda bir sıra ölkələrdən elm adamları, tədqiqatçılar, ekspertlər, eləcə də müvafiq sahə üzrə beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Martın 16-də konfransın əcnəbi iştirakçılarının Kəlbəcər rayonundakı Xudavəng monastırına səfəri təşkil olunub.
Qonaqlara abidələr kompleksi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycanın qədim memarlıq abidəsi və Qafqaz Albaniyası dövrünə aid dini məbəd kimi Xudavəng monastır kompleksinin min ildən artıq tarixi var. Monastırın bazilikası VIII–IX əsrlərdə, Arzu xatun kilsəsi isə XIII əsrdə inşa edilib.
Bildirilib ki, dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng məbədi Ermənistanın işğalı dövründə, 1992–2020-ci illərdə vandalizmə məruz qalıb. Erməni kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda “bərpa” adı altında qanunsuz işlər görülüb. Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililər üzərində saxtalaşdırma əlamətləri olan əlavələr edilib.
Qonaqların diqqətinə çatdırılıb ki, 2020-ci ilin dekabr ayında İrəvanda keçirilən sərgidə Xudavəng monastır kompleksindən oğurlanmış zəng, daş kitabələr, freskalar, xalçalar və Azərbaycan Respublikasına məxsus digər mədəni irs nümunələri qanunsuz olaraq nümayiş etdirilib. Ermənilərin oğurlayaraq apardıqları bu artefaktlar daha sonra İtaliyanın bir neçə şəhərində “VII-XIII əsrlərdə erməni xristian kilsələrində freskalar” adı altında sərgilənib.
Konfrans iştirakçıları abidə kompleksindən zəngin təəssüratla ayrılıblar.
Xatırladaq ki, beynəlxalq elmi konfransda “Qədim insan yaşayış məskənləri – mədəni irsin beşiyi kimi”, “İqlim dəyişikliyi və silahlı münaqişələr qarşısında qədim insan məskənləri” və "Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi: təcili qorunma ehtiyacı" mövzularında panel müzakirələri aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq