Koronavirus panikasına səbəb yoxdur: Azərbaycan bütün önləyici tədbirləri görüb - AKTUAL
Şəymən Bayramova
13:14 25.02.2020
Gündəm
729
Son zamanların ən çox danışılan mövzularından biri də koronavirusudur. Artıq infeksiya sərhədlərimizdə, konkret olaraq Cənub qonşumuz İranda var. Təbii ki, bunun mövzu ilə bağlı xeyli yanlış məlumatlar da yayılıb. Ölü sayının çox olduğu bildirilir. Bir çox səhv məlumatlar yayılır ki, bu da bizim ölkədə ajiotajla qarşılanır.
İranda koronavirusdan ölənlərin sayının artması haqqında məlumatlar Azərbaycanın bu ölkə ilə sərhəddə yerləşən Cənub bölgəsində narahatlığa səbəb olub. Səhiyyə Nazirliyindən verilən son açıqlamada ölkəmizdə hazırda koronavirusla bağlı vəziyyətin stabil olduğu və heç bir şübhəli hal aşkarlanmadığı bildirilib.
Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edib. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatına görə, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün daha 4 nəfər yerləşdirilib:
"Həkim müşahidəsinə götürülənlər İran vətəndaşlarıdır. 19-21 yaş arası olan gənclər Bakıya bir neçə gün əvvəl gəliblər. Bədənlərinin hərarəti normadan yüksək olduğu üçün xəstəxanaya müraciət ediblər. Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda yoluxucu xəstəliklər şöbəsində 6 nəfər var. Onlardan biri Azərbaycan, digərləri isə İran vətəndaşlarıdır. Həkim müşahidəsinə götürülənlərdən 3-nün vəziyyəti normaldır, səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Digər 3 nəfərdə zökəm əlamətləri var. Həkim müşahidələri davam edir".
"Virusdan qorunmaq üçün gigiyenik qaydalara daha ciddi əməl etmək lazımdır. Virus hava damcı yolu ilə keçir. Əgər siz birbaşa xəstə insanla kontaktda olmamısınızsa, yoluxma riski yoxdur".
Bu sözləri "Sherg.az"a pediatr Nurəngiz Hacıyeva deyib. Pediatr hesab edir ki, koronavirusdan qorunmaq üçün xəstə olan, tez -tez öskürən insanlarla ünsiyyəti məhdudlaşdırmaq, insanların toplu olduğu yerlərdə maskalardan istifadə etmək lazımdır:
"Maska tez- tez dəyişdirilməlidir. Maska daha çox virusa yoluxan insanların taxması üçündür ki, virus ətrafa yayılmasın. Gigiyenik qaydalara əməl etmək sizə bu virusdan qorunmağa kömək edəcək. Kütləvi insan olan yerə, uşaqlar üçün qapalı “top səbətləri” olan yerlərə getməyin. Otağınızın havasın tez- tez dəyişdirin. Əlləri tez-tez yumaq tövsiyyə olunur, çünki virus əllərdə 5-10 dəqiqə yaşayır. Əllərinizi bu zaman ərzində ağzınıza, burnunuza, gözünüzə bilmədən vurmaq ehtimalınız var. Sabunla əlləri yuduqda əl sürüşkən olur və mexaniki olaraq çirk daha asan yuyulur. Tək ovucun içi deyil, əlin üstü, barmaqların arası da axar su altında yuyulmalıdır. Əgər uşaq qrip insanla təmas olarsa dərhal əllərini spirtləyin və xlorheksidinlə dezinfeksiya edin. Burun keçəcəklərini aqualor və ya 3 faizlik perekislə günde 7-9 dəfə yuyun. Virus 26-27 dərəcədə məhv olur. Buna görə də isti mayelər qəbul edin. Bacardığınız qədər uşaqlarını öpməyin, qucaqlamayın, başqalarına da imkan verməyin. Uşağınız qripdirsə, burnu axırsa onu bağçaya qoymayın. Xəstə uşaq 20 gün ev şəraitində qalmalı, immuniteti bərpa olunmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur