Koronavirus təşvişi: Virus həmişə olub, şişirtmək lazım deyil – AKTUAL
Şəymən Bayramova
08:45 12.02.2020
Gündəm
1235
Alimlər koronavirusun daha şiddətli formada yayılma tarixini məyyənləşdiriblər. Honkonq tədqiqatçılarının qənaətinə görə, koronavirus aprel və may aylarında daha geniş arealı əhatə edəcək. Bu barədə "Şərq"ə açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim Sərdar Cəlaloğlu koronavirusun yeni virus olmadığını deyib: "Viruslar zaman- zaman yoluxma xüsusiyyətlərini dəyişdirirlər. Adi bir virus təhlükəli virusa çevrilə bilir".
S. Cəlaloğlu bəzi virusların yayılması xəstəlik törədicilərinin yox, yoluxan adamların qidası və yaşadığı mühitlə əlaqədardır:
"Bildiyiniz kimi ehtimallar daha çox koronavirusun yarasa və ya ilandan insana yoluxması üzərindədir. Çinlilər hər cür heyvan əti yediyinə görə, virus onlar arasında daha geniş yayılıb. Onlar o, qədər ilan yeyib ki, ilanların bədəninə xas olan xüsusiyyətlər orqanizmlərinə keçib və ona görə də koronavirusu bu qədər ağır keçirdirlər. Məsələn, "Erməni xəstəliyi"deyilən bir virus var ki, ona ancaq ermənilər yoluxur. Diqqət etsəniz digər ölkələrdə koronavirusa yoluxan insanların hamısının Çinlə bir bağlılığı var. Çində olmayan və ya koronavirusa yoluxan bir çinli ilə ünsiyyət qurmayan şəxslərdə bu virus aşkarlanmayıb. Deməli, koronavirus çinlilərin spesifik qidalanması ilə bağlıdır".
Bu cür təhlükəli infeksiyaların həmişə yayıldığını vurğulayan S.Cəlaloğlu koronavirusla bağlı yaşanan təşvişi həddindən artıq şişirdilmiş hesab edir:
"1965-66-cı illərdə Avropada 20 milyon adam qrip virusundan dünyasını dəyişib. Sadəcə cəmiyyətin böyük bir kəsimi təbabət elminə bələd olmadığı üçün infeksion xəstəliklərin nə qədər böyük itkilərə səbəb olduğunu bilmir. Vəba epidemiyası hər il Hindistanda milyonlarla insan ölümünə səbəb olur. Volqaboyu Həştərxan vəbanın endemik zonası olduğuna görə zaman-zaman bu virus aktivləşərək kütləvi insan tələfatına səbəb olur. Hansı ki, xüsusi infeksiyalar üçün bütün dünya ölkələrində xüsusi təyinatlı xəstəxanalar var. Hesab edirəm ki, Azərbaycan səhiyyəsi koronavirusa qarşı mübarizə məqsədi ilə ayrıca bir tibb müəssisəsi yaratmalıdır. Karantinidə olan bütün şəxslər məhz həmin müəssisədə saxlanılmalıdır. Təkcə hava limanları, sərhəd- keçid məntəqələrində profilaktik tədbirlər keçirmək kifayət etmir. Ölkəyə qeyri- qanuni yolla daxil olan vətəndaşlar da bu virusu gətirə bilər".
İnfeksion xəstəliklərdən dünyada bioloji silah kimi istifadə edildiyini qeyd edən həkim əlavə edib ki, müəyyən ölkələrdə virusların yayılmasında maraqlı olan qüvvələr var:
"Yayılan məlumatlarda qeyd olunub ki, virus daşıyıcısı olan bir çinli qidaların üzərinə tüpürür, nəfəsini üfürür ki, həmin yeməkləri yeyən adamlar da yoluxsun. Bu cür təxribatların qarşısını almaq üçün sərhədlər möhkəmləndirilməli, gediş- gəliş üzərində nəzarət artırılmalıdır".
S. Cəlaloğlu qısa bir vaxt ərzində koronavirusun qarşısının alınacağını deyib:
“Artıq dünya ölkələrinin virusa qarşı vaksin üzərində çalışdığını vurğulayan tibb eksperti deyib ki, digər yoluxucu viruslarla müqayisədə bu xəstəlik mübarizə vasitələrinə tez reaksiya verir.
O, virusla bağlı yayılan məlumatların bir növ siyasi xarakter daşıdığını deyib:
"Təsadüfi deyil ki, koronavirus hay- həşirindən sonra Çin iqtisadiyyatı kəskin zərərə uğrayıb. Hətta Çin dövləti rəsmi şəkildə elan edib ki, ABŞ bu informasiyalardan Çinə qarşı istifadə edir. Haqsız da deyillər. Koronavirus Çində 1000 adamın ölümünə səbəb olub. Lakin Afrika ölkələrində elə infeksiyalar var ki, milyonlarla insan tələfatına səbəb olub. Heç biri bu qədər ictimailəşdirilməyib. Çünki son illər Çin iqtisadiyyatı dünya hegemonluğu üçün Amerika ilə ciddi rəqabət aparırdı. Bu gün isə Çin iqtisadi blokadaya alınıb, müxtəlif ölkələr Çin mallarından imtina edir. Düşünürəm ki, əhalini təşvişə salmağa ehtiyac yoxdur. Koronavirus adi qrip virusunun bir növüdür. Dünyada bundan daha ağır nəticələrə, milyonlarla insan ölümünə səbəb olan infeksiyalar çox olub. Narahat olmağa dəyməz. Sadəcə olaraq müvafiq profilaktik tədbirlər və ciddi nəzarət mexanizmi ilə bu virusun ölkəmizə keçməsinin qarşısını almalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya