Koronavirusa yoluxanlara XƏBƏRDARLIQ ! – Evdən çıxmayın !
Fidan Həmişəyeva
12:58 17.11.2020
Gündəm
874
“Müayinə və müalicədən yayınmaqla özləri və yaxınlarının həyatını riskə atırlar”
Samux və Quba rayonlarına “COVİD-19” virusuna yoluxmuş şəxslər yaşadıqları evi icazəsiz tərk ediblər. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Noyabrın 16-da Samux rayonunun Sərkar kənd sakini koronavirusa yoluxub və yaşadığı evi tərk edib. S.İsgəndərova polis əməkdaşları tərəfindən saxlanılıb.
Eyni zamanda Xaçmaz rayon sakini Z.Kərimova da koronavirus olduğu halda yaşadığı evi tərk etdiyi üçün saxlanılıb. Müəyyən edilib ki, Z.Kərimovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq, yaşadığı ünvanı tərk etmiş və digər insanlar üçün real təhlükə yaradıb. Məlumdur ki, ölkəmizdə koronavirusa yoluxma kəskin şəkildə artmaq üzrədir.
Bütün dünyada pandemiya ilə bağlı vəziyyət getdikcə kritikləşir. Buna baxmayaraq, ölkəmizdə də məsuliyyətsizlik halları baş alıb gedir. İctimai nəqliyyatda və qapalı yerlərdə maskadan istifadə etməyən, sosial məsafəni gözləməyənlər olduqca çoxdur. Bu azmış kimi, aktiv virus daşıyıcısı olan şəxslərin öz həyatları bir yana, digərlərini təhlükəyə atması sadəcə düşüncəsizlik və laqeydlikdir.
Baş verənləri “Sherg.az”a dəyərləndirən “Sağlamlığın Qorunması” İctimai Birliyi sədri Yazgül Abdıyeva bildirib ki, vətəndaşlarımız gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidirlər.
Birlik sədri qeyd edib ki, hər kəs özünütəcrid tədbirlərinə uyğun davranmalı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmalıdır:
“Hə kəs bilir ki, ölkəmizdə koronavirusa yoluxma pik həddə çatıb. Hər bir şəxs digərləri ilə minimum kontaktda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli və karantin rejiminə əməl etməlidir. Bu, həm özümüzün, həm də ətrafdakıların sağlamlığı üçün çox vacibdir. Vətəndaşlar dövlətin məcburiyyəti olmadan koronavirus təhlükəsini dərk edib, evdə qalmalıdırlar”.
Y.Abdıyeva evdə qalmağın niyə vacib olduğunu açıqlayaraq bildirib ki, insanlar bəzi həqiqətləri bilməlidir:
“Qohum-əqrəba arasında çoxsaylı gediş-gəlişi və ziyarətə gedənləri nəzərə alsaq, ümumi mənzərə aydın görünər. Ölkəmizdə koronavirusa yoluxma faktının ilk və əsas səbəbi bu oldu.
Xəstəliyə yoluxanlar anlamalıdırlar ki, müayinə və müalicədən yayınmaqla həm özlərinin, həm də yaxınlarının həyatını risk altında qoymuş olurlar. Bu gün ölkəmizdə aparılan islahatlar tibb sahəsinə də sirayət edib.
Hazırkı situasiyada görülən işlər birbaşa virusun geniş vüsət almamasına hesablanıb. Əlbəttə, dünyada ürəkaçan rəqəmlər yayılmır. Kimlər ki, daha məsuliyyətli davranıb vaxtında düzgün qərar verdi, o ölkələrdə vəziyyət ağırlaşmadı.
Ona görə də hər birimiz sağlamlığımızı qorumaqla dövlətimizə yardım etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət