Koronovirus öldürücüdür, amma… - Xəstəlik erkən bilinərsə qarşısı alınır – HƏKİM İZAHI
Şəymən Bayramova
13:39 05.02.2020
Gündəm
1636
Azərbaycan sərhəddində koronavirusla bağlı hazırlıq tədbirləri gücləndirilib. Virus təhlükəsinin qarşısının alınması üçün ölkənin gömrük-sərhəd keçid məntəqələrində və hava limanlarında quraşdırılan termovizorların sayı açıqlanıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov bütün gömrük sərhəd keçid məntəqələrində və hava limanlarında ümumilikdə 67 ədəd termovizor mövcuddur. Azərbaycana gələn hər kəs bu termovizorlardan keçir.
Həkim -infeksionist Vüqar Cavadzadə "Şərq"ə açıqlamasında deyib ki, bu virus yeni deyil. Onun sözlərinə görə, virus ilk dəfə 1965 -ci ildə tapılıb:
“Çində aşkarlanan “2019-nCoV” koronavirusun yeni tipidir. Bu virus tez yayılma xüsusiyyətinə malik olduğundan yoluxanlar arasında çox sayda vəfat edənlər var. Ümumiyyətlə, əhalinin sıxlığı çox olan yerlərdə virus daha tez yayılır. Xəstəlik əsasən hava – damcı yol ilə yoluxduğu üçün Azərbaycana keçmə ehtimalı da istisna deyil. Lakin qabaqlayıcı tədbirlərin aparılması, əhalinin maarifləndirilməsi yolu ilə müəyyən qədər virusun yayılmasının qarşısını almaq mümkündür. Hazırda rəsmi olaraq Azərbaycanda heç bir xəstədə koronavirus aşkarlanmayıb. Əgər bu virus daşıyıcısı varsa belə, ölkəmizdə xəstəliyin diaqnostikası üçün müasir aparatlar mövcudur. Bu yaxınlarda Azərbaycana gətirilən yeni “2019-nCoV” koronavirusunun diaqnostik alətlər dəsti vasitəsilə ilə qısa müddət ərzində müəyyən olunması mümkündür. Həmçinin də koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlər gücləndirilib”.
Həkim qeyd edib ki, bir neçə xəstəxanada uşaqlar və böyüklər üçün xüsusi yerlər ayrılıb:
“Kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib və icra da olunur".
V. Cavadzadə təqdiredici hal kimi qeyd edib ki, gömrük-sərhəd keçid məntəqələrində və hava yolu, dəniz yolu vasitəsilə ölkəyə daxil olan şübhəli şəxslər ciddi nəzarətə götürülür:
“14 gün ərzində həmin şəxslərdə yüksək temperatur, zökəm, qrip əlamətləri olmadıqda karantindən çıxarılır”.
Həkimin sözlərinə görə, koronavirusa yoluxan xəstədə bu əlamətlər erkən aşkarlanacağı təqdirdə ölüm təhlükəsi yoxdur:
"Koronavirusun əlamətləri kəskin respirator virus infeksiyaları ilə eynidir. Özündə qrip, zökəm, qızdırma əlamətlərini hiss edən xəstələr vaxtında həkimə müraciət edərsə, onun qısa zamanda diaqnostikası aparılar və törətdiyi xəstəliklər adətən ağır gedişə malik olmur, tezliklə sağalır və heç bir ağırlaşma vermir. Virusa yoluxanların hamısı ölümə məhkum deyil ki…".
Sosial şəbəkələrdə, həmçinin cəmiyyətdə belə bir şayələr gəzir ki, koronavirus ABŞ labaratoriyalarında hazırlanıb qəsdən yayılıb. Bu barədə konkret məlumatlı olmadığını vurğulayan həkim zaman-zaman dövlətlərin viruslardan bioloji silah kimi istifadə etməsini istisna etməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya