
Kriptovalyutaların iqtisadi təsiri hələ şübhəlidir - EKSPRT
Yusif Nəzərli
09:08 17.08.2025
Gündəm
494
Dünya izləyir, Azərbaycan ehtiyat edir
Azərbaycanda hələ ki, kriptovalyutaların rəsmi tənzimləmə mexanizmi mövcud deyil. Bu, yalnız bizim ölkəyə xas olan hal da deyil. Dünya üzrə bir çox ölkələr hələ də kriptovalyutaların hüquqi statusunu müəyyənləşdirməyib və onların iqtisadi sistemdəki rolunu ehtiyatla izləyirlər.
Bu sözləri Sherg.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, əksər dövlətlər böyük iqtisadi gücə malik ölkələrin təcrübəsinə baxaraq, kriptovalyutaların nə qədər dayanıqlı olduğunu və sistemə potensial təsirlərini qiymətləndirməyə çalışırlar:

“Normal düşüncədə olan insanlar başa düşürlər ki, kriptovalyuta pul vəsaiti deyil, sadəcə bir investisiya və ya aktiv növüdür. Lakin müəyyən qrup insan onu ciddi maliyyə vasitəsi kimi qəbul edir və vəsaitlərini ora yatırır. Bu, müəyyən dərəcədə rəssam əsərlərinin satışına bənzəyir: məşhur bir rəssamın əsəri fantastik qiymətə satışa çıxır, bəzi kolleksiyaçılar onu almağa hazır olur, lakin əksər insanlar bunu absurd qiymət hesab edir. Kriptovalyutalar da eyni prinsip üzərində işləyir, onların dəyəri bazar tələbi və inam əsasında formalaşır, amma bu dəyərin real iqtisadi əsasları həmişə mövcud olmur”.
Azərbaycanın kiçik ölkə olduğunu və hazırda öz milli kriptovalyutası olmadığını xatırladan hüquqşünas qeyd edib ki, bunun yaranma ehtimalı da yoxdur:
“Başlıca səbəbi isə vətəndaşların milli valyutaya olan etimadının belə zəif olmasıdır. İnsanlar daima devalvasiya riskini müzakirə edir, valyutanın dəyərinin nə zaman düşəcəyini soruşurlar. Belə bir şəraitdə kriptovalyuta yaratmaq və ona sabit etimad formalaşdırmaq çox çətindir. Bu baxımdan, Azərbaycanda kriptovalyutalar hələ ki, yalnız investisiya və spekulyasiya vasitəsi kimi mövcuddur. Dövlət vətəndaşların bu aktivlərdən istifadəni tam tənzimləməsə də, dünyadakı praktikalar izlənilir və ehtiyatlı yanaşma davam edir. Kriptovalyuta, investor üçün cəlbedici ola bilər, lakin onun pul kimi qəbul edilməsi və ya iqtisadiyyata ciddi təsir göstərməsi hələlik mümkün görünmür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə