Küçədən təhsilə...- Hüquq-mühafizə orqanları ilə sığınacaqlar arasında əməkdaşlıq müsbət haldır
Şəymən Bayramova
11:44 18.02.2020
Gündəm
761
Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev uşaq hüquqları üzrə üzərlərinə düşən vəzifələrin icrası istiqamətində daxil olan bütün müraciətlərə diqqətlə yanaşıldığını deyib. Onun sözlərinə görə, təkcə rəsmi müraciətlər yox, eyni zamanda sosial şəbəkələrdə, mətbuatda uşaq hüquqlarının pozulması ilə bağlı yayılan məlumatlar da nəzarətə götürülür, yoxlanılır, araşdırılır, müvafiq tədbirlər həyata keçirilir:
"Məktəbli azyaşlılar və yeniyetmələrin profilaktikası istiqamətində keçirilən tədbirlər kampaniya xarakteri daşımır. Hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyini qorumaq, hüquqlarını bərpa etmək bizim üçün müqəddəs vəzifədir. Bu məsələ müzakirə olunmur, dərhal icra olunur.
Uşaq hüquqlarının pozulmasının qarşısının alınması ilə yanaşı, onların təhsilə cəlb edilməsi, ailələrlə profilaktiki söhbətlərin aparılması işi fəaliyyətimizin tərkib hissəsidir. Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən orta ümumtəhsil ocaqlarında və ona bərabər yerlərdə ötən il azyaşlıların profilaktikası, maarifləndirilməsinə dair 468 müxtəlif məzmunlu görüşlər keçirilib”.
E.Hacıyev küçə uşaqları ilə bağlı vəziyyət haqqında isə alavə edib ki, bu da diqqətimizdə olan məsələlər sırasındadır: "Tərəfimizdən aşkarlandıqda dərhal araşdırma başlanılaraq, onun mənsub olduğu ailə öyrənilir, olmadıqda isə profilaktiki qeydiyyata alınaraq müvafiq sığınacaqlara yerləşdirilir. Bu məqsədlə ötən il Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən 573 reyd təşkil olunub. Aşkarlanan 46 uşaq sosial sığınacaqlara yerləşdirilib, eləcə də 7 atılmış körpə tərəfimizdən tapılaraq, uşaq evlərinə təhvil verilib".
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, küçə həyatı yaşayan uşaqların təhsilə cəlb olunması ilə bağlı tədbirlərin görülməsi və sonrakı mərhələdə onların vəziyyətinin qiymətləndirilməsi çox vacib işdir:
"Ümumiyyətlə, hüquq-mühafizə orqanları ilə sığınacaqlar arasındakı əməkdaşlıq müsbət bir haldır. Küçədən təhsilə yönəldilən uşaqların öhdəliyi artıq təhsil müəssisəsində olur".
M.Zeynalovanın sözlərinə görə, paralel olaraq hüquq-mühafizə orqanları və sığınacaqlar təhsilə cəlb olunan uşaqları daimi olaraq nəzarətdə saxlayır, monitorinqlər keçirirlər:
"Polis sosial işçi olmasa da, bəzi hallarda bizimlə birgə bu işə qoşulur. Amma psixoloq, sosial işçi və uşaq prosesin əsas iştirakçısıdır. Ötən il ərzində biz 3-4 uşaqla bağlı bu cür qarşılıqlı əməkdaşlıq etmişik və müsbət nəticə əldə etmişik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya