Kürdlər İranla bağlı bəyanat verdilər

Kürd partiyaları bəyanat yayaraq, İranda davam edən ümumxalq etiraz aksiyalarını dəstəkləyiblər.

Teleqraf xəbər verir ki, bəyanatda İran rejiminə qarşı etirazların gücləndirilməsi və istiqamətləndirilməsi üçün partiyaların birgə və təsirli fəaliyyətinin zəruriliyi bildirilib.

Partiyalar İranın müxtəlif bölgələrində həyata keçirilən qanlı repressiyaları pisləyiblər, həmrəylik, birlik, eləcə də kürd partiyalarının əməkdaşlığı üçün yol xəritəsinin hazırlanması məqsədilə dialoqun davam etdirilməsinə çağırıblar.

İranın Ali dini rəhbəri Əli Xameneinin birbaşa göstərişi ilə Kirmanşah, İlam, Məlikşahi və Lorestan bölgələrində etirazların qanlı şəkildə yatırılması qətiyyətlə pislənib.

Bəyanat Kürdüstan Fəhlə Partiyası, İran Kürdüstan Demokrat Partiyası, İran Kommunist Partiyasının Kürdüstan təşkilatı, Kürdüstan Azadlıq Partiyası, Kürdüstan Azad Həyat Partiyası, İran Kürdüstan Partiyası və Kürdüstan Xabat Partiyasının adından verilib.