Kuş Çoksi: Azərbaycan şərqlə qərb arasında yerləşən mühüm birləşdirici mərkəzdir

Azərbaycan şərqlə qərb arasında yerləşən mühüm birləşdirici mərkəzdir.

APA xəbər verir ki, bunu ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi APA-nın sualına cavabında deyib..

Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji ehtiyacları fonunda enerji, nəqliyyat marşrutları, logistika, istehsal və şimal-cənub əlaqələri baxımından mühüm strateji əhəmiyyət daşıyır. Bildirilib ki, ölkənin şərqlə qərb arasında yerləşməsi onu regional əməkdaşlıq və bağlantı baxımından əsas mərkəzlərdən birinə çevirir.

Kuş Çoksi qeyd edib ki, regionun inkişafının davam etməsi Azərbaycanın rolunu daha da gücləndirəcək. Onun sözlərinə görə, Azərbaycan C5 formatının bir hissəsidir və bu platformanın C6 formatına çevrilməsi regional əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu proses ölkəyə öz sərhədlərindən kənarda yerləşən bazarlara çıxış imkanlarını da genişləndirir.