Laricani: ABŞ İranı vursa, bu ölkələrdəki səfirlikləri hədəfə alınacaq

İranı Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-nin ölkəsinə hücumu halında Amerikanın Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-dəki səfirliklərinin hədəf alınacağı ilə hədələyib.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Iran International” məlumat yayıb.

Mənbə bildirib ki, Laricani ötən həftə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ də daxil olmaqla, bəzi regional ölkələrin rəsmiləri ilə əlaqə saxlayaraq bu barədə xəbərdarlıq edib.