Laricani: “Tramp liderimizi şəhid etdi, bədəlini ödəməlidir”

İranın Milli Təhlükəsizlik Ali Şurasının Baş Katibi Ali Laricani ABŞ Prezidenti Donald Trampın əməliyyatların nəticələrinə görə cavab verməli olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Laricani əlavə edərək deyib:

“Tramp bu işdən kənarda qala bilməz, bədəlini ödəməlidir. Liderimizi və xalqımızı şəhid etdi. Sonuna qədər davam edəcəyik.”

Laricani həmçinin bəzi ABŞ əsgərlərinin əsir götürüldüyünü, 5-6 əsgərin öldüyünə dair açıqlamaların isə yalan olduğunu qeyd edib. O bildirib ki, İran bölgədəki ABŞ bazalarına hücumlara cavab verməyə davam edəcək və region ölkələri ABŞ-nin bazalardan istifadə etməsinə imkan verməməlidir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə heç bir əsgərin əsir götürülmədiyini açıqlayıb.