Lavrov əvvələ qayıdıb ! - “O, "Madrid prinsipləri”ndən bir hissəni səsləndirib” - Köhnə plan !
Fidan Həmişəyeva
14:11 23.09.2020
Gündəm
2084
“Lavrovun söylədikləri Rusiyanın yox, ümumi həmsədrlərin təklifidir. Müxtəlif vaxtlarda belə təkliflər irəli sürülüb”
“Rusiya XİN başçısnın qeyd etdiyi sülhməramlılar, ATƏT tərəfindən uzun müddət hazırlıq görülən sülhməramlı prosesinin tərkib hissəsidir”
“İndi Azərbaycan erməni təxribatlarına hazır olmalıdır. Cavab olaraq düşmənə sarsıdıcı zərbələr endirməlidir”
Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiyaya səfəri davam edir. Bu gün S.Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüş zamanı mühüm məsələlər müzakirə olunub.
S.Lavrov Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat səsləndirib. Nazir bildirib ki, Rusiya ATƏT-nin Minsk qrupunun həmsədri kimi problemin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir.
Rusiyalı nazir, həmçinin qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir:
“Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prossesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.
S.Lavrovun son bəyanatında nə dərəcədə səmimi olduğu sual altındadır Məlumdur ki, Rusiya tərəfi başqa zaman da buna bənzər açıqlamalar verib. Lakin Lavrov son açıqlamasında bu günə qədər səsləndirmədiyi sözləri deyib. Hazırda münaqişənin gərginləşdiyi bir dövrdə rusiyalı nazirin belə bəyənatı diqqət cəlb edir.
Məlum bəyanatın pərdəarxasını “Sherg.az”a şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Lavrovun söylədikləri Rusiyanın yox, ümumi həmsədrlərin təklifidir. Onun sözlərinə görə, müxtəlif vaxtlarda belə təkliflər səslənib:
“1995-ci ildən etibarən buna bənzər təkliflər irəli sürülüb. Düşünürəm ki, Lavrov son bəyanatında “Madrid prinsipləri”nin sonuncu versiyasından bir hissəni səsləndirib. Məlumdur ki, “Madrid prinsipləri”nin bir neçə modifikasiyası, yəni bir neçə sənəd növü var. Bu sənədlərin hamısında yalnız 5 rayondan söhbət getmir. Deyilir ki, birinci mərhələdə 5 rayon azad olunmalıdır. Amma digər rayonlar barəsində 2 və 3-cü mərhələlər mövcuddur. Hətta Dağlıq Qarabağ muxtar vilayətin daxilində olanda Azərbaycan əhalisinin qayıtması məsələsi də gündəmdədir”.
T.Zülfüqarov Lavrovun əraziyə sülhməramlıların yerləşdirilməsi məsələsinə də toxunub:
“Təbii ki, Lavrovun qeyd etdiyi sülhməramlılar, ATƏT tərəfindən uzun müddət hazırlıq görülən sülhməramlı prosesinin tərkib hissəsidir”.
Lavrovun son açıqlamasında səmimi olub-olmamasına gəlincə, sabiq XİN başçısı vurğulayıb ki, Rusiya belə açıqlamaları çoxdan səsləndirir:
“20 ildən çoxdur ki, həmsədrlər tərəfindən belə təkliflər səslənir. Ermənistan isə 20 ildən çoxdur ki, səslənən təklifləri qəbul etmir. Əvvələr sadəcə bu təklifi qəbul edib, müzakirələr aparılırdı və vaxtı uzatmaqla məşğul idilər”.
Lavrovun Paşinyan haqqında söylədiklərinə diqqət çəkən T.Zülfüqarov qeyd edib ki, Paşinyan hakimiyyətə gələndən sonra danışıqlardan tamamilə imtina edib:
“Azərbaycan ictimaiyyəti artıq bu cür bəyanatlara inanmır. Cənab Prezidentin bir neçə gün qabaq dediyi kimi, danışıqlar dayanıb və ermənilər yeni təxribatlara hazırlaşırlar. Hesab edirəm ki, indi Azərbaycan bu təxribatlara hazır olmalıdır. Cavab olaraq düşmənə sarsıdıcı zərbələr endirməlidir. Bu zərbələr nəticəsində işğal edilmiş ərazilərimiz azad olunmalı və suverenliyimiz bərpa edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat