"Lütfən, açıq paylaşımlarımızda məsuliyyətli olaq"
Şəymən Bayramova
08:29 15.07.2020
Gündəm
846
Ələsgər Məmmədli vətəndaşlara müraciət edib
"Hazırda çox gərgin bir dönəm yaşayırıq. Son iki gündür ciddi itkilərimiz oldu. Ermənistanın zəncirini əlində tutanlar anlaşılan ciddi bir senarini səhnəyə qoyublar". Bu sözləri media-hüquq üzrə mütəxəssis Ələsgər Məmmədli özünün şəxsi feysbuk hesabında yazıb.
Ekspertin sözlərinə görə, zamanımızdakı internetin mövcudluğu xüsusilə sərhəd və təmas xəttinin bir addımlığında yaşayan insanların üzərinə daha ciddi məsuliyyət qoyur:
"İş elə gətirib ki, ərazilərimizin işğalı nəticəsində təmas xətti boyunca və sərhəd boyunca yüz minlərlə vətəndaşımız gündəlik həyatını yaşamaq zorundadır.
Azərbaycan silahlı qüvvələri ölkənin müdafiəsini təşkil edərkən məcburən, əhalini yaşadığı yerdən çıxarmadan taktiki addımlar atmaq zorunda qalır.
Bu zaman istər-istəməz təmas xəttinə yaxın və ya sərhəddə yaxın ərazidə yaşayan insanlar müxtəlif hərəkətləri birbaşa müşahidə edə bilirlər. Bu, hər hansı texnikanın, birliklərin dislokasiyası, manevrası, sayı, təyinatı ola bilir.
Bəzən vətənpərvərlik duyğularından bilmədən bu kimi bilgilər "yaxşı hal kimi" tirajlanır.
Belə bilgilər (foto, video, şəkil, məlumat və s.) heç bir halda ictimai açıq platformalarda paylaşılmamalı, tirajlanmamalıdır. Lütfən, açıq paylaşımlarımızda məsuliyyətli olaq, içərisində "hərbi bilgilər" olan məlumatların tirajlanmasında rol almayaq.
Əlbəttə, bu tip bilgilər birbaşa hərbi sirr olmaya bilər, lakin yenə də düşmən tərəfə əlavə vasitələrdən istifadə etmədən bilgi axımını təmin edə, üstünlük yarada bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm