Maduro anladı ki, nə Rusiya, nə Çin onu qoruya bilməyəcək - RƏY

"Rusiyanın növbəti məğlubiyyəti – Suriyanı qoruya bilmədi (Aralıq dənizində mühim mövcudiyyətini itirdi), Venesuelanı qoruya bilmədi (Cənubi Amerikada istinad nöqtəsini itirdi), İranı qoruya bilmir (Fars körfəzinə çıxışını itirəcək), amma, “halaldı”, Donetsk vilayətində Bezzabotovka kəndini işğal edə bilib...."

Sherg.az xəbər verir ki, bunu ReAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. Ekspert iddia edir ki, çox güman, Maduro özü təslim olub, nə vaxtsa bu bilinəcək:

"Özü ABŞ-yə getmək istəyib, anladı ki, nə Rusiya, nə Çin onu qoruya bilməyəcək. ABŞ ölkədə normal keçidi onun vasitəsi ilə təmin edib Maduronu “bağışlayacaq”, o həm də Kuba məsələsində yardımçı olacaq, sonra da, məsələn, Florida günəşi altında balıq tutub, okeanda çimib, yaşayacaq...".