ABŞ-nin hərbi müdaxiləsi ilə tutulan Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Cilia Floresin Nyu Yorkdakı məhkəməsində Floresin üzündəki göyərmələr diqqət çəkib.
Sherg.az xəbər verir ki, Vəkili Mark Donnelly bildirib ki, Flores Karakasdakı ABŞ əməliyyatında ciddi xəsarət alıb, qaburğası sınıb və üzündə yara yerləri var. Flores məhkəmədə “tamamilə günahsız” olduğunu bildirib. ABŞ əməliyyatında Maduro tutularaq Manhattana gətirilib, Kuba isə 32 hərbçisini itirib. Əməliyyat zamanı ABŞ 200 nəfərlik heyəti cəlb edib və bəzi xəsarətlər qeydə alınıb.