ABŞ Prezidenti Donald Tramp tərəfindən ələ keçirilərək ölkədən çıxarıldığı bildirilen Venesuela Prezidenti Nicolas Maduronun son diplomatik görüşü Çin heyəti ilə olub.
Sherg.az xəbər verir ki, yerli mətbuatın xəbərinə görə, görüş Karakasdakı Miraflores Sarayında baş tutub və Maduro ilə Çin xüsusi nümayəndəsi Çiu Şiaoçi arasında iki ölkə arasındakı əməkdaşlıq müzakirə olunub. Görüşdə Venesuela vitse-prezidenti Delcy Rodriguez, xarici işlər naziri Yvan Gil və Çin səfiri Lan Hu da iştirak edib.
Toplantıda enerji, ticarət və infrastruktur sahələrində iki ölkə arasında 600-dən çox ikitərəfli saziş gözdən keçirilib. Bu, ABŞ-ın ölkəyə hücum etməsindən təxminən 12 saat əvvəl baş tutmuş Maduronun son rəsmi diplomatik görüşü olub.
Qeyd edək ki, Karakasda partlayış səsləri eşidilmiş, Maduro “xarici müdaxilədən yaranan fövqəladə vəziyyət” elan edən fərmanı imzalamışdı. ABŞ Prezidenti Tramp isə Maduro və həyat yoldaşının ələ keçirilib ölkədən çıxarıldığını açıqlamışdı.