Ankarada keçiriləcək NATO Zirvəsi öncəsi Fransa ilə Türkiyə arasında münasibətlərin yeni mərhələyə keçə biləcəyinə dair iddialar səsləndirilib.
Sherg.az xəbər verir ki, "Middle East Eye" nəşrinin yaydığı məlumata görə, Fransa Avropanın gələcək təhlükəsizlik arxitekturasında Türkiyəni əsas tərəfdaşlardan biri hesab edir.
Nəşrin iddiasına əsasən, Fransa Prezidenti Emmanuel Makron NATO Zirvəsi ərəfəsində Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarının, o cümlədən SAMP/T hava hücumundan müdafiə sisteminin birgə istehsalı variantlarının yenidən nəzərdən keçirilməsi barədə göstəriş verib.
Məlumata görə, son vaxtlar iki ölkə arasında müdafiə sahəsində təmaslar intensivləşib. Bildirilir ki, Fransa tərəfi pilotsuz uçuş aparatları, helikopterlər və digər müdafiə layihələri üzrə də Ankara ilə mümkün əməkdaşlıq variantlarını qiymətləndirir.