Fransa Prezidenti Emmanuel Makron ilə ABŞ Prezidenti Donald Tramp İranın hücumlarını və Livandakı vəziyyəti müzakirə ediblər.
Sherg.az xəbər verir ki, Fransa mətbuatının Yelisey Sarayındakı mənbələrə istinadən yaydığı məlumata görə, Tramp Makrona zəng edərək ABŞ-nin İranda həyata keçirdiyi hərbi əməliyyatların gedişi barədə məlumat verib.
Mənbələr bildiriblər ki, tərəflər həmçinin Fransanın yaxından izlədiyi Livandakı son hadisələri də müzakirə ediblər.
ABŞ və İsrailin 28 fevral tarixində həyata keçirdiyi birgə hücum nəticəsində İranın ali dini lideri Ayətullah Əli Xamenei həlak olduqdan sonra Livanın “Hizbullah” hərəkatı İsrailə raket və mərmi zərbələri endirərək İranın cavab tədbirlərinə qoşulub. Buna cavab olaraq İsrail başda paytaxt Beyrut olmaqla Livan ərazisində genişmiqyaslı hava hücumları həyata keçirib.
İsrail son dövrlərdə “Hizbullah”la artan gərginliyi əsas gətirərək Livanın cənubunda quru əməliyyatlarının miqyasını genişləndirmək qərarı verdiyini açıqlayıb.