Türkiyənin Ankara şəhərinin bələdiyyə sədri Mansur Yavaş sosial mediada Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar paylaşım edib.
Teleqraf xəbər verir ki, bələdiyyə sədri o zaman baş verənlərin bəşəri cinayət olduğunu bildirib.
“34 il əvvəl Xocalıda insanlıq məhv edildi, vicdanlar səssiz qaldı. Həyatını itirən azərbaycanlı qardaş-bacılarımızı hörmət və rəhmətlə yad edir, qardaş Azərbaycan xalqının kədərini bölüşürəm”, - Mansur Yavaş vurğulayıb.