Maqdalena Qrono: Azərbaycan və Ermənistan arasında normallaşmanı dəstəkləməyə davam etmək lazımdır
Yusif Nəzərli
12:47 21.03.2025
Gündəm
320
Avropa İttifaqının (Aİ) Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək səyləri davam etdirilməlidir.
“Report” xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun “X” sosial şəbəkəsində rəsmi səhifəsində dərc olunan məqalədə qeyd olunub.
“Yenicə Praqadakı ikigünlük intensiv görüşlər yekunlaşdı. Çexiyalı həmkarlarıma, xüsusilə də nazir Yan Lipavskiyə səmimi qəbula və Cənubi Qafqazla bağlı açıq fikir mübadiləsinə görə minnətdaram. Aİ-nin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək vermək üçün səylərini davam etdirməsinin vacibliyini və sülh müqaviləsi üzrə danışıqların başa çatması ilə bağlı ötən həftə verilən bəyanatların əhəmiyyətini vurğuladım”, - paylaşımda deyilir.
Çexiya XİN başçısı Yan Lipavski isə “X” şəbəkəsində qeyd edib ki, Maqdalena Qrono ilə görüşdə Cənubi Qafqazdakı çağırışlar və imkanlar, Gürcüstandakı böhran, regionda sabitlik, Aİ-nin rolu və münaqişələrin sülh yolu ilə həlli imkanları müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm