Marafon qaçışı üzrə "Prezident Kuboku" keçiriləcək
19:48 22.11.2024
Gündəm
419
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası (AAF) və "Zəfər" Qaçış Klubunun birgə təşkilatçılığı ilə "Prezident Kuboku" uğrunda tam məsafəyə marafon qaçışı keçiriləcək.
"Report" xəbər verir ki, yarış dekabrın 21-22-də ölkədə 2024-cü ilin "İdman Paytaxtı" olan Qubada baş tutacaq.
Bu münasibətlə təşkilatçıların birgə iclası keçirilib. AAF-ın baş katibi Məhərrəm Sultanzadə qaçış marşrutunun şəhərin mərkəzi küçələrindən keçməsinin sakinlərə və şəhərin qonaqlarına gərgin idman mübarizəsinin şahidi olmaq imkanı yaradacağını və bununla da bu növə olan marağın daha da artacağına inandığını bildirib.
"Zəfər" klubunun direktoru Elşən Quliyev qaçış məsafəsinin 42 195 metr olacağını və müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycanda ilk dəfə keçiriləcək tam məsafəyə marafon yarışı olacağını qeyd edib.
Toplantıda həmçinin AAF-ın beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov, qaçış komitəsinin sədri Namiq Əsədov və digər iştirakçılar yarışın təşkili ilə bağlı məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm