ABŞ dövlət katibi Marko Rubio İranı ABŞ və İsrail üçün “yaxın və təcili təhdid” adlandırıb və bildirib ki, “Ən sərt zərbə hələ endirilməyib. Növbəti mərhələ İran üçün daha çətin olacaq.” Hücumların əsas məqsədi İranın ballistik raket imkanlarını məhv etməkdir.
Sherg.az xəbər verir ki, İsrail və ABŞ 28 fevralda İranı hədəf alıb, İran isə regiondakı ABŞ və İsrail obyektlərinə cavab zərbələri endirib. Bombardmanlarda İran lideri Əli Xamenei və yüksək rütbəli şəxslər ölüb; yüzlərlə insan yaralanıb.