Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanla sülh prosesini müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Marta Kos “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, görüş zamanı Avropa İttifaqının Ermənistanla sülh sazişinin icrasına verdiyi dəstək müzakirə olunub.
Tərəflər, həmçinin Avropa ilə Cənubi Qafqaz arasında ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində işlərin sürətləndirilməsi barədə razılığa gəliblər.