“Hesab edirəm ki, bu aksiya Azərbaycanın bütün təşkilatlarını, idarə və müəssisələrini, bütövlükdə dövlət və qeyri-dövlət təşkilatlarını əhatə edir. Bu gün media nümayəndələri olaraq biz də gəlib həmin sözügedən aksiyaya qoşulmuşuq. Hesab edirəm ki, çox xeyirxah, hümanizm prinsipinə söykənən vacib aksiyalardan biridir. Hər bir Azərbaycan vətəndaşı, hər bir sağlam insan bu təşəbbüsə qoşulmalıdır, dəstəkləməlidir və müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara öz dəstəyini, yardımını göstərməlidir”.
Media kapitanları qanvermə aksiyasına qoşulublar - FOTOLAR
12:00 22.04.2020
Gündəm
712
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən çoxsaylı vətəndaşlarımız, əsasən də uşaqlar var. Koronavirus təhlükəsinin qaldığı hazırkı şəraitdə qan tədarükünün sabit saxlanmasına ciddi ehtiyac duyulur. Bu baxımdan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü qanvermə təşəbbüsü olduqca aktualdır, nəciblik və humanizm nümunəsidir.
Paytaxtımızda və ölkəmizin müxtəlif bölgələrində qanvermə aksiyasına start verilib. Azərbaycan Mətbuat Şurası da Mehriban xanım Əliyevanın nəcib təşəbbüsünə qoşulub. Qurumun İdarə Heyətinin üzvləri, bir qrup KİV rəhbəri və jurnalist Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutunda qan veriblər.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının müdir müavini Namirə Abbasova qanvermə aksiyasının əhəmiyyətini yüksək dəyərləndirib. N.Abbasova deyib ki, toplanan qanlar talassemiya, hemofiliya, digər qan xəstəliklərindən əziyyət çəkən insanlara veriləcək. Verilən qanlar laboratoriyalarda yoxlanılacaq. Yaşı 18-65 olan sağlam insanlar qan verə bilərlər. “Burada insanlar qan verməmişdən əvvəl həkim müayinəsindən keçirilirlər. İnfeksion xəstəliklər keçirmiş, şəkərli diabet, zob, ürək çatışmazlığı olan, əməliyyat keçirmiş insanlar qan verə bilməz. Qanvermənin müsbət cəhətləri də var. Belə ki, təzyiq yüksəkdirsə qan verdikdən sonra bu normallaşır, qan yaradan orqanların fəaliyyəti yüksəlir, ürək fəaliyyətinə müsbət təsir edir. Ən əsası, insanlar özlərini xoşbəxt hiss edirlər ki, qan verməklə qana ehtiyacı olan insanlar üçün yardım göstərirlər” - deyə N.Abbasova söyləyib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, MŞ və Azərbaycan jurnalistləri ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü qanvermə təşəbbüsünü dəstəkləyir:
“Bu gün biz qanverməyə gəlmişik. Bu proses bundan sonra da davam edəcək. Ümumiyyətlə ölkəmizdə qan xəstəliyindən əziyyət çəkən bir sıra insanlar var. Təbii ki, onların da kifayət qədər hissəsi uşaqlardır. İndiki xüsusi karantin rejimində bəzi donorlar var ki, onlar obyektiv və subyektiv səbəblərdən çölə çıxa bilmirlər. Eyni zamanda biz istəyirik ki, Mehriban xanım Əliyevanın təşəbbüsünə öz töhvəmizi verək ki, Mərkəzi Qan Bakında qanın səviyyəsi azalmasın. Bunun da nəticəsində qan xəstəliyindən əziyyət çəkən insanlarımız vaxtında yeni qanla təmin olunsunlar. Missiyanın əsas məğzi bundan ibarətdir. Bu çox humanist missiyadır. Artıq ölkənin hər yerində, ayrı-ayrı təşkilatlarda vətəndaşlarımız bu missiyaya qoşulublar və qan verirlər”.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü qanvermə təşəbbüsü yüksək hümanizmə söykənən bir aksiyadır:
“Hesab edirəm ki, bu aksiya Azərbaycanın bütün təşkilatlarını, idarə və müəssisələrini, bütövlükdə dövlət və qeyri-dövlət təşkilatlarını əhatə edir. Bu gün media nümayəndələri olaraq biz də gəlib həmin sözügedən aksiyaya qoşulmuşuq. Hesab edirəm ki, çox xeyirxah, hümanizm prinsipinə söykənən vacib aksiyalardan biridir. Hər bir Azərbaycan vətəndaşı, hər bir sağlam insan bu təşəbbüsə qoşulmalıdır, dəstəkləməlidir və müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara öz dəstəyini, yardımını göstərməlidir”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü qanvermə təşəbbüsün əsas mahiyyəti həmrəylik nümayiş etdirməkdir:
“Bu gün cəmiyyətdə qana ehtiyacı olan insanlarımız, talassemiyalı xəstələrimiz, uşaqlarımız çoxdur. Heydər Əliyevin Fondunun təşəbbüsü ilə bu cür aksiyaya qeyri-hökumət təşkilatları qatılıb. Mətbuat Şurası da bu aksiyaya qatılaraq həmrəylik nümayiş etdirib. Düşünürəm ki, hər bir jurnalist həmişə cəmiyyətdə həmrəyliyin simvolu olub, cəmiyyətdə birliyin, birləşmənin, inkişafın xüsusiyyətlərini daşıyıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi