"Mənə bir öskürək dərmanı deyin" - Həkim valideynlərə çağırış etdi
Məlahət Rzayeva
13:00 09.10.2019
Gündəm
1632
Payız fəsli özüylə soyuqdəyməni də gətirib. İqlim dəyişikliyi xüsusilə körpələrin, azyaşlıların səhhətində problemlər yaradır. Həkimlər bunun səbəbini uşaq orqanizminin iqlim dəyişikliklərinə həssas olması ilə izah edir.
Pediatr Vaqif Qarayev sosial şəbəkədə paylaşdığı statusda valideynləri ehtiyatlı olmağa çağırıb.
Həkim bildirib ki, iqlim dəyişikliyi təkcə uşaqlara deyil, həmçinin immuniteti - orqanizmin müqavimət qabiliyyəti zəif olan insanlara tez təsir edir. Amma bu halda qətiyyən “özfəaliyyətə” yol vermək olmaz:
"Uşaqlar arasında öskürəklə müşayət olunan soyuqdəymə xəstəlikləri mövsümlə bağlı artır. Telefonda, sosial şəbəkələrdə "mənə bir öskürək dərmanı deyin" deyə xahiş edir valideynlər. Ya da, apteklərdə öskürək dərmanı istəyilər.
Düz deyil. Əksər hallarda öskürəyə heç bir dərman lazım deyil, bir neçə günə özü keçib gedir. Lakin vəziyyət ciddi xarakter alırsa, həkim baxışı olmadan virtual müalicə və aptek satıcısının verdiyi dərman uşağın vəziyyətini yüngülləşdirmək əvəzinə ağırlaşdıracaq. Son vaxtlar dəbdə olan inhalyasiya aparatından da özbaşına istifadə düzgün deyil. "Aparatım var, mənə dərman deyin, uşağın öskürəyi keçsin" kimi xahişlər yersizdi. Öskürək üçün həkimsiz antibiotik qəbulu heç düzgün deyil. Və təhlükəlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə