İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə Cenevrədə baş tutan danışıqlardan sonra çıxış edərək deyib:
“Biz nüvə silahı əldə etməyə çalışmırıq və bunu təsdiqləməyə hazırıq.”
Sherg.az xəbər verir ki, İran mətbuatının məlumatına görə, Pezeşkian üç vətəndaş cəmiyyəti fəalı ilə görüşü zamanı İranın nüvə fəaliyyətləri barədə ətraflı açıqlamalar verib.
O, İranın Ali dini lideri Əli Xameneinin fətvasına və dini prinsiplərinə uyğun olaraq ölkənin nüvə silahı axtarışında olmadığını vurğulayıb:
“Heç bir halda nüvə silahı əldə etmək niyyətində deyilik və bunu təsdiqləməyə hazırıq. Lakin səhiyyə, kənd təsərrüfatı və sənaye kimi dinc məqsədlərlə istifadə olunan nüvə sənayesindən imtina etməyi qəbul etmirik.”