Milli Məclisin komitə iclası keçirilir

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yaz sessiyası üzrə ilk iclası keçirilir.

Sherg.az xəbər verir ki, komitənin bugünkü iclasının gündəliyinə 3 məsələ daxil edilib.

Bunlar 2025-ci ilin payız sessiyası dövründə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində görülən işlər barədə hesabat, komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi və digər cari məsələlərdən ibarətdir.