Minalı sahələrin xəritəsi niyə verilmir? – ““Əsirləri” istəyirlər - Güzəşt olmaz !
Fidan Həmişəyeva
13:38 22.02.2021
Gündəm
884
2020-ci il noyabrın 10-da İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Üçtərəfli bəyanatın imzalanması ilə Ermənistanın məğlubiyyəti rəsmi olaraq təsdiqini tapdı. Ölkəmizin qarşısında böyük işlər durur. Hərb meydanında qələbə qazansaq da, siyasi masada, beynəlxalq tribunada mübarizəmiz davam edir.
Dövlətimizin görəcəyi ən önəmli işlərdən biri azad edilən ərazilərimizdə müvafiq tədbirlərin görülməsidir. Məsələn, minalı sahələrin təmizlənməsi, quruculuq və abadlıq işlərinin həyata keçirilməsi və.s.
Amma qarşı tərəf hər zaman olduğu kimi mövcud prosesləri ləngitmək üçün əlindən gələni edir. Azərbaycan minalı sahələrin xəritəsini tələb etsə də, Ermənistan bu tələblərə cavab vermir.
Mövcud durumu “Sherg.az”a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Azərbaycanın tələblərinə baxmayaraq, Ermənistan minalı sahələrin xəritəsini vermir. Onun sözlərinə görə, ölkəmiz bu məsələdə beynəlxalq təşkilatlara müraciət edə bilər:
“Məlum sahədə təcrübəsi olan dövlətlərin təcrübəsindən istifadə edə bilərik. Türkiyə də Qarabağ və ətraf rayonların minalardan təmizlənməsi üçün öz mütəxəssislərini Azərbayaycana göndərib. Azərbaycan Ermənistanın cavabını başqa sahələrdə də verə bilər.
Bunun üçün Rusiyanın da dəstəyini almağımız mümkündür. Rusiya təzyiq edə bilər ki, Azərbaycan xəritələri ermənilərdən ala bilsin.
Lakin Ermənistan minalı sahələrin xəritəsini verməkdən boyun qaçırmaqla Azərbaycandan bəzi məsələlər üçün güzəşt istəyir. Məsələn, “əsirlər”in qaytarılmasına çalışır. Bu mövzu onlar üçün çox önəmlidir. Ümid edirəm ki, Azərbaycan minalı sahələrə görə erməni “əsirlər”inə güzəştə getməyəcək.
Onsuz da texnologiya çox inkişaf edib. Problem Ermənistansız da həll edilə bilər. Artıq bu yöndə Türkiyə və İngiltərə ölkəmizə köməkliklərini göstərməyə başlayıblar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat