Minasyan: Deyirlər ki, Paşinyan Qərbi Zəngəzuru verəcək

“Ermənistan müxalifəti cəmiyyəti inandırmağa çalışır ki, Nikol Paşinyan hökuməti Süniki (Qərbi Zəngəzur – red.) Azərbaycana verəcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Lilit Minasyan deyib.

“Müxalifət orada-burada pıçıldayır ki, Süniki verəcəklər, amma bu gün bizim təkcə Azərbaycanla sülh müqaviləmiz yox, həm də inkişafın qarantı olan TRIPP-imiz var. Psixoloji vəziyyət hər gün media tərəfindən hücuma məruz qalır, amma vətəndaşlar dəyişiklikləri görürlər”, - o bildirib.