Moskva görüşü: Qazağın 7 kəndi müzakirə olunacaq?
Fidan Həmişəyeva
15:57 04.02.2021
Gündəm
813
“Bu kəndlərin azad edilməsi avtomatik bir prosesdir”
“Əhalini də maraqlandıran suallardan biri budur”
“Sərhədlərin tam demarkasiyayası olmadan regional kommunikasiya marşrutlarının və transkommunikasiya xətlərinin işə düşməsi qeyri-mümkündür”
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan hökumət başçısının müavini Mqer Qriqoryan və Rusiya Nazirlər Kabineti sədrinin müavini Aleksey Overçuk fevral ayı ərzində görüşəcək. Bu barədə Ermənistan baş nazirinin müavini M.Qriqroyanın ofisindən məlumat veriblər. Baş nazirlərin müavinlərinin birinci görüşü yanvarın 30-da Moskvada keçirilib. Növbəti görüşdə də bəzi məsələlərin müzakirəsi planlaşdırılır. Lakin cəmiyyətimizi maraqlandıran əsas məqamlardan biri Qazaxın 7 kəndinin işğaldan azad edilməsidir.
Maraqlıdır, görüş zamanı bu məsələ müzakirə edilərək həllini tapa bilərmi?
Siyasi şərhçi Elçin Alıoğlu “Sherg.az”a açıqlamasında bildirib ki, baş nazir müavinlərinin Moskva görüşü çox önəmlidir:
“Çünki bu görüşdə sadəcə regional sturukturun dəyişməsi müzakirə edilmir. Görüş Cənubi Qafqazın bütün subregional və iqtisadi kommunikasiyalar xəritəsinin dəyişməsinin ilkin mərhələsidir. Məhz bu baxımdan toplantının əhəmiyyəti çox böyükdür. 18-19-cu əsrlərdə iqtisadiyyat siyasət idisə, indi siyasətin özü bir iqtisadiyyatdır. Ona görə də baş nazir müavinlərinin görüşünün əsası üçtərəfli bəyanatla qoyulub”.
E.Alıoğlu qeyd edib ki, görüş zamanı Ermənistan-Azərbaycan dövlət sərhəddinin demarkasiyası müzakirə predmeti ola bilər:
“Qazaxın 7 kəndinin qaytarılması, daha doğrusu işğal altında olan Azərbaycan ərazilərinin azad edilməsi avtomatik bir prosesdir. Əhalini də maraqlandıran suallardan biri budur. Sərhədlərin tam demarkasiyayası olmadan regional kommunikasiya marşrutlarının və transkommunikasiya xətlərinin işə düşməsi qeyri-mümkündür.
Heç bir ölkə sərhəddində münaqişəli region olan bir dövlətlə milyardlara dollarlıq anlaşma imzalamaz. Azərbaycan istisnadır. Çünki ölkəmiz ərazisinin 20 faizinin işğal altında olmasına rəğmən “Əsrin müqaviləsi”ni imzaladı. Bunun da səbəbi Azərbaycanın stabil dövlət olmasıdır. Ermənistan haqqında isə bunu demək olmaz, çünki qeyri-stabil və parlament ölkəsidir.
Bu baxımdan sərhədlərin demarkasiya prosesi başa çatmadan kommunikasiyalar işə düşməyəcək. Böyük dövlətlər problemin qısa müddətdə həllində maraqlıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat