
Moskva səmasında panika: Zelenski Putinə 9 Mayda “atəşli” mesaj verə bilər - RƏY
Yusif Nəzərli
23:15 07.05.2025
Gündəm
513
Ukrayna mayın 9-da Rusiya ərazisinə genişmiqyaslı hücuma keçə və ya Qələbə paradı zamanı Moskvaya zərbə endirə bilər. Bu barədə “Der Spiegel” məlumat yayıb. Qeyd olunur ki, münaqişə başlayandan Kiyev dron arsenalını modernləşdirib və Rusiyanın dərinliklərinə zərbələr endirmək gücündədir: “Ukrayna qüvvələri Moskvaya zərbə endirməyə cəhd edə bilər, lakin bunun üçün hava hücumundan müdafiə sistemlərini çaşdırmaq məqsədilə kütləvi hücuma əl atmalı olacaq. Ukraynanın hərbi parada, yoxsa ətraf ərazilərə hücum edəcəyi hələ dəqiq deyil. Kiyev Rusiyanın digər bölgələrinə də zərbə endirməyə cəhd edə bilər”.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, paytaxt Moskva başda olmaqla Rusiyanın hava limanlarında xaosdur. Ekspert diqqətə çatdırıb ki, Ukraynanın kütləvi dron hücumlarına görə təyyarələr havaya qalxa bilmir:

"Hava limanına enənlərin sərnişinləri isə saatlarla təyyarəni tərk edə bilmir. İnsanlar təyyarələrdə havasızlıqdan və yaranan anti-sanitariya şəraiti barədə görüntülər yayırlar. Bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin bir neçə gün əvvəl “9 May paradına qatılan qonaqların təhlükəsizliyinə zəmanət verə bilmərik” açıqlamasının praktik yerinə yetirilməsidir. Həqiqətən, belə şəraitdə 9 May paradına qatılmaq istəyən müxtəlif dövlətlərin liderlərinin təhlükəsizliyi ön plana çıxır. Rusiya yüksək səviyyəli qonaqlara təhlükəsizlik təminatı vermək iqtidarındadırmı? Azərbaycanın sərnişin təyyarəsinin dekabr ayında raketlə vurulması olayından çıxış edərək Rusiya səmasının təhlükəsiz olmadığı, üstəgəl, dronlarla sərnişin təyyarələrinə fərq qoya bilmədikləri aşkardır. Rusiya Prezidenti Vladimir Putin Kiyevə elə ona görə 3 günlük atəşkəs təklif edirdi ki, 9 May paradını rahat keçirsin. V.Zelenski isə işğalçı dövlətin liderinə rahatlıq vermək istəmir. Başqa cür ola da bilməz. Rusiya müharibə aparan ölkə olduğundan Ukraynanın əks-həmlələrinə məruz qalır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə millisi yenə məğlub oldu
00:59 03.10.2026
Futbol
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol