Rus generallar Putini yaxın zamanda müharibəni qazanacağına inandırıblar.
Sherg.az ''Financial Times''a istinadən xəbər verir ki, məhz bu səbəbdən o, Trampın irəli sürdüyü əlverişli şərtləri rədd edir və sülh sazişini imzalamaqdan boyun qaçırır.
Qəzetin qeyd etdiyinə görə, Rusiya ordusu və təhlükəsizlik qurumları Putinə mütəmadi olaraq yalan məlumatlar ötürürlər. Belə ki, Ukraynanın itkilərini şişirdir, Rusiyanın üstünlüklərini olduğundan böyük göstərir və taktiki uğursuzluqları gizlədirlər.
Bunun nəticəsi isə açıq görünür. Artıq bir aydan çoxdur ki, Putin həm ruslara, həm də dünyaya ordunun guya Kupyanskı ələ keçirib tam nəzarətə götürdüyünü iddia edir, ön cəbhədəki vəziyyət barədə isə tabeliyindəki şəxslərin saxta hesabatlarını dinləyir.