Müharibə Rusiyanın iqtisadiyyatını çökdürəcək - ŞƏRH
Yusif Nəzərli
01:42 16.01.2025
Gündəm
553
Hindistandan sonra Çin də Rusiyadan alınan neftin həcmini azaldıb
Ukraynanın müttəfiqləri müharibəni dayandırmaq üçün Rusiya ilə danışıqlara tez başlamaq üçün təzyiq göstərmirlər. Bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib. Sibiqa bildirib ki, söhbət Ukrayna üçün hərtərəfli, davamlı, uzunmüddətli sülhdən gedir: "Bizə heç bir təzyiq yoxdur. Bu məqsədə çatmaq üçün müttəfiqlərimizlə birlikdə çalışırıq. Üstəlik, əksinə, biz ədalətli sülhə nail olmaq yolunda Ukraynanın mövqeyini necə gücləndirmək barədə fikir mübadiləsi aparırıq".
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibədə strateji hədəfləri iflasa uğrayıb. Bununla belə, ədalətli və davamlı bir dünyaya necə nail olmağı düşünməyə dəyər. Sallivan vurğulayıb ki, mahiyyət etibarı ilə Rusiyanın bu müharibədəki strateji məqsədləri iflasa uğradı: "Kiyevi ala bilmədilər. Onlar Ukraynanı məhv edə bilmədilər. Onlar NATO-nu parçalaya bilmədilər". Sallivan qeyd edib ki, Ukrayna üçün ədalətli sülhə nail olmaq imkanı var. Onun sözlərinə görə, ABŞ danışıqlar masası arxasında yaxşı razılaşma əldə etmək üçün Kiyevə lazım olan təsir rıçaqlarını təmin etməyə davam etməlidir.
Politoloq Elxan Şahinoğlu deyib ki, Kreml Ukraynaya qarşı işğalçı müharibənin nəticələrini ancaq “ərazi qazancı” kimi hesablayıb, ancaq qərar verərkən hansı çətinliklərlə üzləşəcəklərini hesablamayıblar. Ekspertin sözlərinə görə, Ukraynanın Rusiya ərazisinə raket və dron zərbələrinin həcmi artıb:
"Bunu 3 il əvvəl müharibə qərarı verən Kreml proqnozlaşdırmayıb. Rusiya hakimiyyəti müharibə nəticəsində əsas ixrac məhsullarının satışında ciddi çətinliklərlə üzləşə biləcəyini də ehtimal etməyib. Halbuki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Qərb ölkələrinə neft və qaz sata bilmir. Moskva vəziyyətdən çıxış yolu kimi enerji resurslarının əsas hissəsini Çinə və Hindistana satmağa başlamışdı. Ancaq son zamanlar Rusiya üçün bu iki istiqamətdə də vəziyyət mürəkkəbləşib. Ötən ilin noyabr ayında Rusiyanın Hindistana satdığı neftin həcmi 55 faiz azalıb. “Reuters” agentliyinin məlumatına görə, Hindistan Rusiyadan gündəlik neft alışını 1.52 milyon barel azaldıb. Bununla Hindistan Rusiya neftinin əsas alıcısı statusunu itirib. Hindistan neftin alışını şaxələndirməyə çalışır. Hindistan ərəb ölkələrindən aldığı neftin həcmini artırıb. Hindistanın Baş naziri Narendra Modi bir müddət əvvəl Cənubi Amerika ölkəsi olan Qayanaya səfər edərək bu ölkə ilə enerji əməkdaşlığını artıracağını bildirib. Hindistan şirkətləri Qayanaya yatırımları artıraraq bu ölkədən daha çox neft nəql etməyi planlaşdırırlar. Qayanada neft istehsalıyla məşğul olan əsas şirkət “Exxon Mobil”dir. Bu şirkət razılaşarsa, Qayana Hindistana neft ixracını artıracaq".
Analitikə görə, Hindistandan sonra Çin də Rusiyadan alınan neftin həcmini azaldıb:
"Çin limanları Rusiyanın neft daşıyan 3 tankerini qəbul etməkdən imtina ediblər. Məsələ burasındadır ki, həmin tankerlər Amerika Birləşmiş Ştatlarının yeni sanksiya siyahısına daxil edilib. Həmin tankerlərdəki nefti qəbul edən neft emalı zavodları və limanları da avtomatik sanksiya altına düşəcəklər. Çin şirkətləri ABŞ-nin sanksiyalarından ehtiyat edirlər. “Bloomberg” agentliyinin məlumatına görə, tankerlərin hər birində 700-800 ton barel xam neft olub. Tankerlər geri qayıdıblar. ABŞ Rusiyanın sıxılmış qazını daşıyan tankerləri də hədəf alıb. “Qazprom”a aid olan sıxılmış qaz daşıyan tanker İspaniya sahillərinə yaxınlaşa bilməyib. Ümumilikdə ABŞ-nin sanksiya siyahısına müxtəlif dövlətlərin bayraqları altında neft və sıxılmış qaz daşıyan 183 tanker əlavə edilib".
Siyasi şərhçi əlavə edib ki, Moskvanın iki ticarət tərəfdaşı olan Çin və Hindistan Rusiyadan neft və qaz alışında diqqətli olmağa başlayıblar: "Çin və Hindistanın emal zavodları nefti Yaxın Şərq, Afrika, Şimali və Cənubi Amerika ölkələrindən almağa üstünlük verəcəklər. Bu isə neftin qiymətlərinə təsirsiz ötüşməyəcək. Neftin daşınma qiymətləri artacaq. Bu arada, Rusiya neftini almaqdan ehtiyat edən Çin Qərb ölkələrinə pambıq satışında çətinliklərlə üzləşib. Beynəlxalq ekspertlər Çində həmin pambığın uşaq əməyinin itismarı nəticəsində toplandığı qənaətindədirlər. Böyük Britaniya parlamentində keçirilən dinləmələrdə Çin pambığını alan yerli geyim şirkətlərindən birinə qarşı ittihamlar səslənib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm